dcsimg

Şmidt tülpanı ( Azerbaijani )

provided by wikipedia AZ

Şmidt tülpanı — Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5-5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25-50 sm hündürlükdədir. Yarpaqlar 6-10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2-2,5 sm enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Daşlı-çınqıllı, qayalı yamaclarda, əkinlərdə kolluqlar arasında yayılmışdır. Çiçəkləməsi aprel-may, meyvələməsi may ayına təsadüf edir. Mezokserofitdir.Çoxalması soğanaqla və ya toxumladır . Geofit bəzək bitkisidir. [1][2]

Yayılması

Kiçik Qafqazın cənubu (Cəbrayıl rayonu, Məcili kəndi), Lənkəranın dağlıq hissəsi (Cəlilabad Zəhmətabad kəndi), Naxçıvanın dağlıq rayonları ( Ordubad rayonu - Nüs-Nüs kəndi ətrafındakı Diaxçay və fəhlə dərəsi adlanan sahələrdə).[3][4]

Sayı və tendensiyası[5]

Populyasiyanın bir neçə istiqamətdə yayılmasına baxmayaraq antropogen amillər azalma təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

Soğanaqları və çiçəklərinin əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.[6][7]

Mühafizə tədbirləri

Yasaqlıqların yaradılması zəruridir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri,ıı nəşr,Bakı-2013
  2. http://redbook.az/
  3. Ахундов Г.Ф., 1952.
  4. Ибадлы О.В . 2005. .
  5. Talıbov T. H., İbrahimov Ə. Ş., 2010.
  6. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.
  7. Naxçıvan MR-in Qırmızı kitabı, 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şmidt tülpanı: Brief Summary ( Azerbaijani )