Kiçik və ya xırda ağdiş (lat. Crocidura suaveolens) Yereşənlər fəsiləsinə (lat. Soricidae), çoxdişlilər (lat. Crocidura) cinsinə aid olan yereşən növüdür.
Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır [1].
İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, Lənkəran və Kür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır [2].
Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir. Müxtəlif zərərli cücüləri məhv etməklə fayda verir[3].
http://www.iucnredlist.org/details/29656/0Crocidura suaveolens
Kiçik və ya xırda ağdiş (lat. Crocidura suaveolens) Yereşənlər fəsiləsinə (lat. Soricidae), çoxdişlilər (lat. Crocidura) cinsinə aid olan yereşən növüdür.