dcsimg

Məməlilər ( Azerbaijani )

provided by wikipedia AZ

Məməlilər (lat. Mammalia) - xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan sinfidir. Məməlilərin sinfinə aid iki - İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var.

Xarakterik xüsusiyyətləri bunlardır: körpə balalarını südlə bəsləyirlər, bədənləri tüklə örtülüdür. İnsan, Fil, inək, at, camış, keçi, şir və s. məməlilərə aiddir. Suda yaşayan balinalar da bu qrupa daxil olsa da, onların bədənlərindəki tüklər təkamül nəticəsində yox olmuşdur.

Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Məməli heyvanlar üçün bədənin tükİə örtülü olması, onların bala doğub südlə bəsləməsi, dodaqların əmələ gəlməsi, qulaq seyvanı və ya xarici qulağın olması, alt çənədə əlavə oynağın əmələ gəlməsi və beyin yarımkürələrində yeni qabığın əmələ gəlməsi, ürəkdən təkcə sol aorta qövsünün çıxması, bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması və s. səciyyəvi əlamətlərdir.

Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır. Doğum zamanı balanın formalaşması məməli növünə görə dəyişir. Kor (və əsasən çılpaq) doğulan və bəzən illərlə anası tərəfindən böyüdülən məməli növləri olduğu kim, doğulduqdan qısa müddət sonra yeriməyə və ya üzməyə başlayan məməl növləri də var. Ancaq ümumilikdə balaların müəyyən müddət ana tərəfindən baxılması məcburidir. Dişi məməlilər balalarını zəngin tərkibli süd ilə qidalandırır.

Məməlilər müxtəlif böyüklükdə olur. Ən balaca məməli böcəklərlə qidalanan yarasa (Craseonycteris thonglongyai-3 sm, 1 qr); ən böyük məməli isə mavi balinadır (Balaenoptera musculus -35 m, 120ton). Məməlilərin bədəni isti və ya soyuq iqlimdə yaşamaq üçün fərqli xüsusiyətlərə sahibdir. Quru məməliləri qalın bir qış kürkünə , dəniz məməliləri isə dəri altında qalın bir yağ təbəqəsi və ya yağlanmış bir kürkə sahibdir. Bəi məməlilər qış yuxusuna yataraq bu dövrdə enerjiyə qənaət etmiş olurlar. Qidanın bol olduğu dövrdə yığdığı kaloriləri, qidanın az olduğu dövrdə yuxu zamanı sərf edirlər (sincablar, ayılar və porsuqlar kimi).

Ümumi xarakteristika

Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Dünyada bu sinfin 1229 cins, 153 fəsilə,29 dəstəyə aid. 31. Reqemi məlumdur (Mammal Species of the World, 2006). Məməlilər üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onlar balalarını süd vəzilərindən ifraz olunan südlə bəsləyir. Məməlilər balalıqda inkişaf edən diri bala doğur. Kloakalılar isə yumurta qoyur. Bədən temperaturu sabit olub, ətraf mühitin temperaturundan asılı deyil. Bu da onların bütün iqlimlərdə aktivliyini təmin edir. Bədənləri tüklə örtülüdür. Məməlilərin çəkiləri 2 q-dan (сırtdan ağdiş: Suncus etruscus) 150 t-a kimi (göy balina: Balaenoptera musculus), uzunluqları isə 3 sm-dən (сirtdan aqdiş: Suncus etruscus) 33 m-ə qədər olur. Bədənləri çoxqatlı epidermisdən ibarət dəri ilə örtülüb. Dəridə çoxlu tər və piy vəziləri yerləşir. Tüklər, pulcuqlar (qunduzun quyruğu, kələzəoxşarların pulcuqları), dırnaqlar, caynaqlar və buynuzlar dərinin buynuz törəmələridir. Məməlilər insanda parazitlik edən bir çox helmintlərin aralıq, bəzən isə definitiv (son) sahibidir.

Skelet və ətrafların quruluşu

Məməlilərdə skelet, əsasən, daxili, bəzi növlərdə isə (armadil: Chaetophractus vellerosus) xaricidir. Onurğa boyun, döş, bel, oma və quyruq şöbələrinə bölünür. Boyun fəqərələri bütün məməlilərdə eyni saydadır (7 ədəd). Ətrafların sayı, adətən, iki cüt olur. Balinakimilərdə arxa ətraflar və çanaq reduksiyaya uğramışdır. Ətrafların skeleti çox davamlıdır. Bud sümükləri çox böyük yükə davam gətirə bilir (bəzi növlərdə 1500 - 2000 kq). Əzələ sistemi yaxşı inkişaf etmiş xüsusi əzələlər qrupundan ibarətdir.

Daxili quruluşu

Həzm sistemi bütün şöbələrdən ibarətdir və anal dəliklə bitir. Dişlər inkişaf edib (bəzi növlər, həmçinin dişsiz balinalar istisna olmaqla). Dişlər kəsici, köpək və azı dişlərinə bölünür. Qidalanmasına görə məməlilər otyeyənlər və ətyeyənlərə ayrılır. Tənəffüs sistemi ağciyərlər, traxeya, bronx, bronxiol və alveollardan ibarətdir. Qan-damar sistemi çox təkmilləşib. Ürək dörd kameralıdır. İki qan dövranı, sol aorta qövsü vardır. Yetkin eritrositlər nüvəsizdir. İfrazat sistemi bir cüt böyrəkdən, onlardan çıxan və sidik kisəsinə açılan axarlardan, sidik kanalından ibarətdir. Sinir sistemi yaxşı inkişaf etmiş beyin yarımkürələrindən, qırışlı və büküşlü beyin qabığından, beyincikdən ibarətdir. Hissiyyat orqanları da çox yaxşı inkişaf edib. Eşitmə orqanı xarici qulaq, xarici keçəcək, üç eşitmə sümüyü və səs qəbul edən aparatdan ibarətdir. Qoxu hissiyyatı da inkişaf edib. Lövhəcikli quruluşa malik burun boşluğu və burun labirinti vardır. Görmə və dadbilmə qabiliyyəti inkişaf edib. Daxili sekresiya vəziləri inkişaf edib. Cinsi yolla çoxalırlar. Cinsiyyət vəziləri dişilərdə və erkəklərdə cütdür. Mayalanma daxilidir və cinsi dimorfizm nəzərə çarpır.

Təsnifatı

Maraqlı məlumatlar

Məməlilərin çoxu 45°S-yə qədər şaxtaya davam gətirir. Qütbdə yaşayan ağ ayılar 80°S –yə qədər soyuğa dözür.qəribə olsa da ev pişikləri bu sahədə rekord qazanırlar — 110°S. Qazlar 100°S şaxtaya dözür.Fillər tullana bilməyən tək məməlidir. Dəvəquşunun gözləri beynindən böyükdür.

Həyat fəaliyyəti

Məməlilərin əksəriyyətinin bədəni baş,boyun,gövdə,quyruq və ətraflardan ibarətdir.Möhkəm və elastik dəridə tüklər,tər,piy,qoxu və süd vəziləri olur.

Həzm sistemi.Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında iştirak edir.Qida ağızdan udlağa,qida borusuna,mədəyə,əvvəl nazik və sonra yoğun bağırsağa keçir.Həzm olunmayan qalıqlar anusla xaric edilir.

Tənəffüs sistemi. burun boşluğu,burun-udlaq,qırtlaq,nəfəs borusu(traxeya),bronxlar və ağciyərlərdən təşkil olunmuşdur.

Qan-damar sistemi.Məməlilərin ürəyi dördkameralı olub,2 qulaqcıq və 2 mədəcikdən ibarətdir.Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığından arterial və venoz qanlar qarışmır.İstiqanlı heyvanlardır,bədən temperaturları sabitdir.

İfrazat sistemi.Paxlaşəkilli bir cüt böyrəkdən,bir cüt sidik axarı,sisik kisəsi və sidik kanalından ibarətdir.

Sinir sistemi.Məməlilərdə baş-beyin,digər onurğalılarda olduğu kimi,beşşöbəlidir.Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür.Boz maddəni sinir hüceyrələri əmələ gətirir.Məməlilərdə sinir sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri müşahidə edilir.

Hiss orqanları.Məməlilərdə eşitmə,görmə,qoxubilmə,lamisə,dadbilmə hissiyatı olur.Əksəriyyətində eşitmə orqanı yaxşı inkişaf etmişdir.Görmə orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir.Əksər məməlilərdə üçüncü göz qapağı qalıq halındadır.Həyat tərzindən və yaşadığı mühit şəraitindən asılı olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.Qoxubilmə hissiyatı su heyvanlarında zəif,quru həyat tərzi keçirən heyvanlarda isə daha güclüdür.Məməlilər üçün lamisə funksiyasını burunun və gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Məməlilər: Brief Summary ( Azerbaijani )