Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir.
Hündürlüyü 1,5-3 molan,şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı,yarpağını tökən yoldur. Yaşlı budaqları açıq-sarı,cavan budaqları isə yaşıldır.Cavan zoğları naazik, açıq-yaşıl və ya açıqyaşılımtıl -sarıdır.. Govdələrinin qabığı boz rəngdədir.Yarpaqları növbəti düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0.6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir.İyun-avqust aylarında çiçəkləyir.Çiçəkləri yaşılımtıl-ağ yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.Erkəkcikləri 3-12 ədəd yarpaq qoltuğunda yerləşir.Dişi çiçəklər tək-tək və bəzən 3-8 ədəd bir yerdə, 1 sm-ə qədər uzunluqdadır. Meyvəsi 3 yuvalı, 6 toxumlu qutucuqdur, diametri 5 mm-ə çatır.Hər yuvada 2 toxum vardır.Toxumu üçkünc, hamar, nazik qabıqlı, uzunluğu təxminən 2 mm-dir.Meyvəsi sentyabr-oktyabrda yetişir.Toxumla və qələmlə çoxaldılır.
Quraqlığadavamlı, daşlı yamaclarda, qumlu-çınqıllı yerlərdə, meşədə bitir.
Mərdəkan dendrarisində introduksiya edilmişdir.Respublikanın bəzi rayonlarında mədəni şəraitdə rast gəlinir.
Yarpaqlarında və uc gövdələrində, 0,15-0,4 % suffrutikodin,suffrutikonin,allosekurinin, diqidrosekurinin, sekurinollar, aşı maddələri, nişasta və amin turşuları vardır.Çox yaxşı çiçəkləyir və bol meyvə verir.