Qafqazda təbii halda geniş yayılmışdı.
Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6-10 mm, eni 2-3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 7 mm, parlaq çəhrayıdır. İyul aylarında çiçəkləyir, avqust ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Orta dağ zolağında, çınqıllı yamaclarda bitir.
Azərbaycanın nadir bitkisidir, arealı dardır. Şamaxı rayonunda - Kizildərə Astraxan kəndi yaxınlığında bitir. Azərbaycanın “Qırmızı kitab” ına daxil edilməsi tövsiyə edilir.
Dekorativ bitki kimi yaşıllaşdırmada, efir yağlılıq xüsusiy¬yətinə görə ətriyyatların hazırlanmasında və yeyinti sənayesində ədviyyat kimi geniş istifadə edilir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Thymus daghestanicus là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Klokov & Des.-Shost. miêu tả khoa học đầu tiên năm 1936.[1]
Thymus daghestanicus là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Klokov & Des.-Shost. miêu tả khoa học đầu tiên năm 1936.