dcsimg

Adi qlobulariya ( Azerbaijani )

provided by wikipedia AZ

Adi qlobulariya (lat. Globularia vulgaris) — bağayarpağıkimilər ailəsinin qlobulariyalar fəsiləsinə aid bitki növü.

GLOBULARIA VULGARIS - APIS - IB-156 (Senet de pobre).JPG

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs –yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir. Tac mavi rəngli, 2 1/2 dəfə kasacıqdan uzundur.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəklənmə may-iyul, meyvə əmələgətirmə dövrü iyul –avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında daşlı, əhəngli yerlərdə bitir.[4]

Yayılması

Kiçik Qafqazın şimal hissəsidir.(Göygöl rayonu).[4]

Sayı və tendensiyası

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər

İqlim dəyişilməsi, otarılma və tapdalanmadır.[2]

Mühafizə tədbirləri

Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. 2,0 2,1 http://redbook.az/?options=project&id=Adi%20qlobularia
  3. Гроссгейм А.А., 1949
  4. 4,0 4,1 Флора Азербайджан, 1957
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi qlobulariya: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi qlobulariya (lat. Globularia vulgaris) — bağayarpağıkimilər ailəsinin qlobulariyalar fəsiləsinə aid bitki növü.

GLOBULARIA VULGARIS - APIS - IB-156 (Senet de pobre).JPG

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ