dcsimg
Image of Rosa buschiana Chrshan.
Life » » Plants » » Dicotyledons » » Rose Family »

Rosa buschiana Chrshan.

Buş itburnu ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi yayılması:

Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.

Azərbaycanda yayılması:

Böyük Qafqazda - Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir.

Statusu:

Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.

Ümumi yayılması:

Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.

Azərbaycanda yayılması:

Böyük Qafqazda-Quba rayonu ərazisində və Naxçıvan MR-də rast gəlinir.

Statusu:

Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.

Bitdiyi yer:

Yuxarı və orta dağ qurşaqlarında quru daşlıqayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı:

Azərbaycanda dar bir arealı vardır.

Bioloji xüsusiyyətləri:

Təbiətdə kökümsovdan çıxmış 15-20 sm hündürlüyündə olan kolcuqdur. Qopartikanları xırda olub düz iynəvaridir. Yarpaqları 5-7 sm uzunluğundadır. Yarpaqları 5-7 dar, ellipsşəkilli qaidə hissəsi pazşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yarpaqcıqların kənarları mişardişlidir. Kasayarpaqları 1,5 sm uzunluğunda olur. Ləçəkləri solğun çəhrayı rəngdədir. Meyvəsi oval və ya yuru şəkillidir. Meyvəsi, adətən, çılpaq olur. Çiçəkləri tək-təkdir, bəzən 2-3, 4-4 bir yerdə yerləşmişdir. İyun və iyul aylarında çiçək açır.

Çoxalması:

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxilməsi zəruridir.

Məlumat mənbələri:

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildləri. 2005; 2006; 2008;

İstinadlar

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ