Karyagin itburnusu - (lat. Rosa karjaginii Sosn.) Gülçiçəyikimilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.[1]
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.[2][3][4]
Regional IUCN Statusu: NT[5]
Təbiətdə хırdа koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yаrpаqlаrı 7 ədəd yаrpаqvarı çiçək qrupunda yеrləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qоpаrtikanlаrı möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yаrpаqlаrı 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yаrpаqcıqlаrın uzununa bərabərdir. Meyvəsi çılpaq hamar, yumurtavarı, 3-3, 5-5 оlаrаq yerləşmişdir. [6][7][8]
Çiçəkləmə dövrü iyun, meyvə əmələgətirmə iyul aylarına təsadüf edir. Subalp qurşağında daşlı qayalı, çınqıllı-daşlı yamaclarda kolluqlarda rast gəlinir. Kserofitdir. Vitaminli bitkidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur.[9][10]
Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.[3]
Naxçıvan MR-nın dağları, Ordubad rayonunun Unus kəndi ərazisində rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu- Gənzə kəndinin ətrafı, şimal yamacı, 1100m hündürlükdə)[3]
Əhali tərəfindən meyvələrin intensiv toplanması və iqlim amilləri. [2]
Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir. [2]
http://dendrary.in-baku.com/?page_id=112
http://dendrologiya.az/?page_id=112
Karyagin itburnusu - (lat. Rosa karjaginii Sosn.) Gülçiçəyikimilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.
Regional IUCN Statusu: NT