dcsimg

Dryococelus australis ( Azerbaijani )

provided by wikipedia AZ

Dryococelus australisPhasmatodea dəstəsinə daxil olan böçək növü. Dünyanın ən nadir həşəratlarından biri. Uzunluğu 12 sm, eni 1,5 sm, çəkisi isə 25 q təşkil edir.

Tarixi və təsviri

 src=
Dryococelus australis

Bu böcək ilk dəfə 1788-ci ildə, Avstraliyadan 600 km şərqdə, Sakit okeanda yerləşən Lord Houv adasında aşkar edilmişdir. Əvvəllər təbii düşmənləri olmayan bu canlılar insanlar tərəfindən adaya gətirilən Qara siçovullar tərəfindən məhv edilirlər. Artıq 1918-ci ildə onlar adada tamamən yoxa çıxırlar.

1960-cı illərdə Lord Houvdan 23 km aralıda yerləşən Bols-Pramid adasındakı zirvəyə çıxan alpinistlər burada bu canlıların cəsədlərini aşkar edirlər[1]. Ancaq bir dənə də olsun diri canlının tapılmaması səbəbindən növ nəsli kəsilmiş olaraq hesab edilir. 1972-ci ildə «Priroda» jurnalında geologiya-minerologiya üzrə elmlər namizədi Mixail Axmetovun elmi məqaləsində Bols-Pramid adasında nadir görülən, «ağac xərçəngi» olaraq anılan həşəratdan bəhs edilir. Böyük ehtimalla bu canlının relikt mənşəlli olmasını vurğulanır.

2001-ci ildə Bols-Pramid adasına göndərilən ekspedisiya iki günlük axtarışdan sonra 20-30 başdan ibarət olan koloniyanı aşkarlaya bilirlər. Bu canlılar əsasən Lord Houv adasına xass olan endemik Melaleuca howeana çay ağacının üzərində akşar edilirlər. Bu canlılar həmin bitkinin yarpaqları ilə qidalanırlar[1]. Aşkar ediklən bütün fərdlər dişi olmuşdur (1960-cı ildə cəsədləri aşkar edilənlər də). entomoloq Nikolas Karlaylanın sözlərinə görə «yumurta qoyulması zamanı, bu həşəratlar dişinin klonu hazırlayırlar və bununla növlərin sağ qalmasını təmin edirlər»[2]

aşkar edilən bu koloniyanın fərdləri morfoloji baxımından Lord Houvda haxtı ilə yayılmış Dryococelus australis növündən fərqlənirdi. Ancaq 2017-ci ildə aparılan genetik araşdırmalar onların eyni növə aid olmasını müəyyən etmişdir

İstinadlar

  1. 1,0 1,1 Krulwich, Robert. "Six-Legged Giant Finds Secret Hideaway, Hides For 80 Years" (ingilis). NPR.org. 2012-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-01. Cite uses deprecated parameter |deadurl= (kömək)
  2. Nature Australia. 2002. V.27. No 4 / № 19/2002 «Biologiya» qəzeti «Bir Sentyabr» çap evi

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dryococelus australis: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dryococelus australis — Phasmatodea dəstəsinə daxil olan böçək növü. Dünyanın ən nadir həşəratlarından biri. Uzunluğu 12 sm, eni 1,5 sm, çəkisi isə 25 q təşkil edir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ