dcsimg

Adi fındıq ( Azerbaijani )

provided by wikipedia AZ

Adi fındıq (lat. Corylus avellana) — tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.

Təbii yayılması

Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır. Qozalarının uzunluğu 18 mm-ə qədərdir, kürəvi şəkildən başlayıb yanları sıxılmış şəkilədək müxtəlif formalardadır, açıq rəngdən tutmuş ta tünd-qəhvəyi rənglərə qədər dəyişir, qabığı nazikdir. Fevral-mart aylarında çiçək açır. Meyvələri avqust-sentyabr aylarında yetişir. Vegetativ yolla və ya toxumlar vasitəsilə çoxaldılır.

Ekologiyası

Kölgəyə, rütubətə davamlıdır, torpağa tələbkardır. Əhəngli torpaqları sevir, kasıb torpaqlarda bitmir.

Azərbaycanda yayılması

Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncədə, eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.

İstifadəsi

Qozasının tərkibində 65 % yağ, 3,5 % şəkər vardır; müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Qabığı möhkəmdir, müxtəlif mebellərin, səbətlərin düzəldilməsində qiymətli xammaldır. Dekorativ bitki kimi becərilir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi fındıq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi fındıq (lat. Corylus avellana) — tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ