dcsimg

Sərçəkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Sərçəkimilər (Passeriformes Linnaeus, 1758) - yenidamaqlılar dəstəüstünə aid quşlar dəstəsi.

Dünyanın hər yerində yayılmışdır.Azərbaycanda 150-yə qədər növü məlumdur.Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur.Adətən 4-6, bəzən də 15-16 əlvan rəngli yumurta qoyurlar.Bir yaşında nəsil verməyə başlayır.Əksər növləri ildə 2-3 dəfə bala çıxarır.

Təsnifatı

  1. Torağaylar (Alaudidae):Açıq ərazilərdə yaşayırlar.Yuvalarını yerdə qururlar.Çox yaxşı uçma qabiliyyətləri var.Bəzi növləri çox yaxşı qaçıcıdırlar.
  2. Arıquşlar (Paridae):Meşə və kolluqlarda yaşayan, xırda və gözəl səsli quşlardır. Ağacların yarpaq və gövdəsindəki böcəklər ilə qidalanır.
  3. Qaranquşlar (Hirundinidae):Bütün dünyada yayılmış quşlardır. Uçarkən böcəkləri havada tutaraq qidalanırlar. Yuvalarını palçıqdan düzəldirlər. Quyruqları haçadır.
  4. Çaydaçapanlar (Motacillidae):Torpaq üzərində və ya çatlarda fincana bənzəyən yuvalar düzəldirlər. Uzun quyruqlarını yerə qonduqları zaman sallamaları ilə tanınırlar.
  5. Alaçöhrələr (Laniidae):Dimdik aşağıya tərəf qıvrıqdır.
  6. Silvilər (Sylviidae):Meşə,kolluq və bataqlıqlarda yaşayırlar.
  7. Milçəkqapanlar (Muscicapidae):Ağaclarda yaşayırlar və yuvalarını mağaraya bənzər oyuqlarda düzəldirlər.
  8. Vüroklar (Fringillidae):Qısa və qalın dimdikləri ilə toxumları kəsə bilirlər.
  9. Vələmir quşları (Emberizidae):Qısa quyruqlu, böyük ayaqlı, gözəl səsli quşlardır. Dünyanın hər yerində yayılıb.
  10. Sittalar (Sittidae):Kiçik quşlardır.Dimdikləri yuxarı qıvrıqdır.Meşələrdə yaşayırlar və ağac oyuqlarının içinə yuva qururlar.
  11. Sığırçınlar (Sturnidae):Ağaçlıq ərazilərdə yaşayırlar.Yumuşaq və parlaq rəngli tükləri var.
  12. Qaratoyuqlar (Turdidae):Meşə və kolluqlarda yaşayırlar. Yuvalarını ağaçların budaqları arasına qururlar.
  13. Toxucu quşlar (Ploceidae):Qısa dimdikləri olan, xırda quşlardır.Adətən toxumları qıraraq qidalanırlar.
  14. Qarğalar (Corvidae)Sərçəkimilərin ən böyük nümayəndəsidir.Dimdikləri və ayaqları iridir. Bir qismində sürü halında yaşamaq mövcuddur.
  15. Süzərlər (Certhiidae):Meşə və ağaclıqlarda yaşayırlar, böcəklər və tumlarla qidalanırlar. İncə və yanlardan yassılaşmış dimdikləri, uzun və iti caynaqlı ayaqları vardır.
  16. Sarıköynək (Oriolidae):Meşələrdə yaşayan, böcəklər ve meyvələrlə qidalanan, sarı və ya qırmızı rəngli və gözəl səsli quşlardır.Dimdikləri iti və qüvvətli, qanadları uzun, ayaqları qısadır.
  17. Cənnət quşları (Paradisaeidae):Erkək və dişisi arasında böyük fərqlər vardır. Erkəkləri çox rəngli olur. Qəribə dans şovları ilə dişinin diqqətini çəkirlər.Növlərin çoxunda quyruq uzun ve rənglidir.Meşələrdə yaşayırlar, meyvələr və böcəklərlə qidalanırlar.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sərçəkimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sərçəkimilər (Passeriformes Linnaeus, 1758) - yenidamaqlılar dəstəüstünə aid quşlar dəstəsi.

Dünyanın hər yerində yayılmışdır.Azərbaycanda 150-yə qədər növü məlumdur.Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur.Adətən 4-6, bəzən də 15-16 əlvan rəngli yumurta qoyurlar.Bir yaşında nəsil verməyə başlayır.Əksər növləri ildə 2-3 dəfə bala çıxarır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ