dcsimg

Lamnokimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Lamnokimilər (lat. Lamniformes) — Akulalar dəstəüstünə aid dəstə. Lamnokimilərin nümayəndələri böyük okean akulaları olub, torpedoşəkilli formaya malikdirlər. İkanlı axça olmayan bir anal və iki kürək üzgəclərinə malikdirlər. Tipik olan dəniz tülküsünün, siyənək akulanın, mavi-göy akulaların, adamyeyən və ya "ağ ölüm" akulanın və dinc akulanın uzunluğu 2,5 m-dən 7m-ə qədər çatır. Bunlar əsasən balıqlar (siyənək, sardin, qızılbalıq və s.) və su quşları ilə qidalanır. Mavi-göy akulanın mədəsindən çıxarılmış 360 kq yemin 67 kq-ı bir qılınc balığı olmuşdur. "Ağ ölüm" akula uzunluğu 2-2,5 molan balığı bütöv uda bilir. Bu akula insan üçün ən təhlükəlidir. Lamnokimilərin nümayəndələri isti və mülayim iqlim sularında yaşayırlar. Onların əksəriyyəti insan üçün təhlükəlidir.

Təsnifatı

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.

Həmçinin bax

Onurğalılar

Qığırdaqlı balıqlar

Akulalar

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Lamnokimilər: Brief Summary ( Azerbaijani )