dcsimg

Yanüzənlər ( Azerbaijani )

provided by wikipedia AZ

Yanüzənlər, amfipodlap (lat. Amphipoda) — ali xərçənglər sinfindən onurğasız heyvan dəstəsi.

Bədəninin uzunluğu 0,5—25 sm-dir. Yan, bəzən isə bel-qarın istiqamətində sıxılmışdır. Yanı üstə üzür. Dəstənin adı bu xüsusiyyətinə görə seçilmişdir. Ayrıcinsiyyətlidir. 7000 növü məlumdur. Azərbaycanda 76, o çümlədən Xəzərin Azərbaycan sahilində 66 növü yayılmışdır. Balıqların, Suitilərin, quşların və s.-nin bir çoxu yanüzənlərlə qidalanır. Bəzi növləri limanların ağac dirəklərini, digəri isə balıq torlarını dağıtdığına görə zərərlidir.

Xəzər dənizində yaşayan 69 növü yerli faunadır, 4 növü (Pseudolibrotus caspius, P. Platyceras, Pontoporea affinis microphtalma, Gammaracanthus loricatus caspius) Arktika faunası qrupuna daxildir. Yanüzənlər balıqların (külmə, çapaq, çəki, xullar) qidasında mühüm rol oynayırlar.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ