dcsimg
Image of Spear Thistle
Creatures » » Plants » » Dicotyledons » » Composite Family »

Spear Thistle

Cirsium vulgare (Savi) Ten.

Adi qanqal ( Azerbaijani )

provided by wikipedia AZ

Adi qanqal (lat. Cirsium vulgare) — Hündürlüyü 50-150 sm, gövdəsi yuxarı hissədə budaqlanmış, bölümlütəhər-qanadlı, nazik hörümçək toruna oxşar tüklü olan ikiillik ot bitkisidir [1].

Yarpaq

Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5-15 sm, eni 2-7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2-3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır.

Çiçək

Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 -4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir.

Meyvə

Toxumları 3-4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır.

Çiçəkləməsi

İyun

Meyvə verməsi

İyul-sentyabr

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər.

Yaşayış mühiti

Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi qanqal: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi qanqal (lat. Cirsium vulgare) — Hündürlüyü 50-150 sm, gövdəsi yuxarı hissədə budaqlanmış, bölümlütəhər-qanadlı, nazik hörümçək toruna oxşar tüklü olan ikiillik ot bitkisidir .

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ