dcsimg
Image of Primula veris subsp. macrocalyx (Bunge) Lüdi
Creatures » » Plants » » Dicotyledons » » Primrose Family »

Primula veris subsp. macrocalyx (Bunge) Lüdi

İrikasacıq novruzgülü ( Azerbaijani )

provided by wikipedia AZ

İrikasacıq novruzgülü (lat. Primula macrocalyx)[1]novruzçiçəyi cinsinə aid bitki növü.[2] [3]

Statusu

Lower Risk - LR [b - Near Threatened - NT]

Yayılması

Orta dağ qurşağından başlayaraq Ardıcdağ, Küküdağ, Aracıqdağ və Zəngəzur silsiləsinin subalp qurşağının meşə talalarında, kolluqlarda və çəmənlərdə tək-tək və ya kiçik talalar şəkilində rast gəlinir.

Bitdiyi yer

Meşə talaları, kolluq və çəmənlərdir.

Təbii ehtiyatı

Məhdud sahələrdə rast gəldiyindən ehtiyatı azdır.

Çoxalması

Toxumladır.

Bioloji xüsusiyyətləri

Çoxillik bitkidir, gövdəsinin hündürlüyü 15-35 sm-ə çatır, çəpinə kökümsovu və çoxsaylı yoğun ağ məftilvarı kökləri vardır. Bütün bitki zəif inkişaf etmiş kiçik tükcüklərlə örtülmüşdür. Yarpaqları yumurtavari, yaxud yumurtavari - uzunsovdur, qırışlıdır, yuxarı hissədə dəyirmidir, kütdür, kənarları aydın olmayan xırda dişciklidir, tədricən qanadlı və dişcikli saplağa doğru daralır, uzunluğu yarpaq ayasına bərabərdir. Yarpaq ayası 3 - 21 sm uzunluqda, 2- 8 sm enindədir. Çiçək qrupu 3 - 16 çiçəklidir. Meyvə yetişən zaman yuxarıya dartılmış və uzanandır. Kasacığı çiçəkləmə dövründə enli zəngşəkillidir, şişkindir və solğun yaşıldır, 10-20 mm uzunluqdadır, 5 qabırğalı və 5 iti oval - üçbucaqlı dişciklidir, kasacığın uzunluğunun 1/3 -nə bərabərdir. Tacı borulu olub solğundur, kasacığa bərabərdir, yaxud ondan uzundur və əyilmiş parlaq sarı çıxıntılıdır və 12 mm diametrindədir. Qutucuğu enli ovalşəkillidir, kasacıqdan 2 dəfə qısadır. Toxumu yumurtavaridir, aydın seçilməyən budaqlı qabırğalıdır, bütün səthi nöqtəli təpəciklidir, tamamilə qaradır, 1-1,5 mm uzunluqdadır. Aprel-iyun aylarında çiçəkləyir və may-iyun aylarında meyvə verir. Əhali tərəfindən dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplanılır. Bəzək və dərman bitkisidir. Mezofitdir. Mərkəzi Asiya coğrafi areal tipinə daxildir. 

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Növ sayının və populyasiyalarının az olmasına səbəb ekoloji və antropogen amillərin məhdudlaşdırıcı təsiridir. Əhali onu dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplayır. 

Becərilməsi

Məlumat yoxdur. 

Qəbul edilmiş qorunma tədbirləri

Naxçıvan MR-in Qırmızı Kitabına yeni daxil edildiyindən mühafizə tədbirləri hazırlanmamışdır.

Zəruri qorunma tədbirləri

Populyasiyları nisbətən təhdid altında olduğundan, təhlükə altına düşə bilən növ kimi akad. Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı əsas sahələr xüsusi nəzarət altına alınmaqla mühafizə olunmalıdır. 

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı (ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) cild II. 2009
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İrikasacıq novruzgülü: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

İrikasacıq novruzgülü (lat. Primula macrocalyx) — novruzçiçəyi cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ