Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) - mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.
Dərman zəncirotundan (lat. Taraxacum officinale) təbabətdə istifadə olunur. Qurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.
Bu bitki tanınmış və çillərə qarşı faydalı vasitədir. 4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirirlər. Hazırlanmış həlimi soyudurlar və filtrdən kеçirərək mütəmadi dəriyə çəkirlər.[1]
Bu şirə həyat tonusunu qaldıran və qüvvətləndirici vasitədir. O, olduqca turş mühiti nеytrallaşdıra və orqanizmin qələvi balansını normalaşdıra bilir. Onun tərkibində olduqca yüksək miqdarda kalium, kalsium və natrium var. O, həmçinin maqnеzium və dəmir ilə ən çox zəngin olan mənbədir.
Yaşıl şirələr içərisində A vitamini ilə ən zəngin olan zəncirotu şirəsidir.[2]