Pinus densiflora (lat. Pinus densiflora) - şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Yaponiya , Koreya və Çin in dağ meşələrində dəniz səviyyəsindən 1000–2000 m hündürlükdə, Tunberqa şamı (Pinus Thunbergii Parl.), Zibolda tsuqası (Tsuga Sieboldii Carr.), həmişəyaşıl palıdlarla, müxtəlif iynəyarpaqlı, yarpağı tökülən ağaclarla birlikdə bitir. Hündürlüyü 20–35 m-ədək, gövdəsinin diametri 1-1,3 m olan ağacdır. Qabığı açıq qırmızımtıl-qonur, hamar, nazikdir. Qoca gövdələrin aşağı hissəsi tünd-qonur rəngli olub, dərin uzunsov çatlara bölünür. Yaşlandıqda çətirvarı budaqları hündür, üfüqi yaruslarla yerləşir. Zoğları sarımtıl-qonur, mum örtüklüdür. Tumurcuqları silindrik, ucu biz, qırmızı-qonur, enli-neştərvaridir. Tumurcuqların qabıqları tünd-qonur, kənarlarında sıx yerləşmiş açıq saçaqlıdır. Qınların xırda yarpaqları bozumtul, tünd-qonurdur. Apofizlərin göbəyi hamar və ya batıqdır. İynəyarpaqları yumşaq, elastik, tutqun-boz və ya mavi-yaşıl, nazik dişcikli, ön tərəfə məsaməli, budaqların uclarında yığılmış, uzunluğu 5-12 sm-dir. Qozaları yumurtavarı, konusvarı formalıdır, uzunluğu 3-6 sm, eni 3 sm-dir, açıq-sarımtıl-qonur, təxminən oturaq olub, aşağı əyilmişdir. Qalxanları hamardır. Toxumları bozumtul-qonur rəngli, uzunluğu 5 mm olub, nazik qanadlıdır. Toxumlar noyabrda yetişir. 1 kq-da 94000 ədəd toxum vardır. Soyuğadavamlıdır. Torpaq şəraitinə az tələbkardır, bataqlıq torpaqlardan başqa hər cür torpaqda bitir. İşıqsevəndir, tez böyüyür, kötükdən bərpa olunur. Oduncağı möhkəm, elastik, qatranlı, kobud lifli, açıq-qonurdur, tikintidə geniş istifadə edilir. Hündür, geniş çətiri olan gözəl, tezböyüyən ağacdır. Qrup əkinləri üçün yararlıdır, alçaqboylu, əyilmiş formaları xüsusilə qiymətlidir. 1997-ci ildə Mərdəkan Dendrarisi ndə introduksiya edilmişdir, park və bağlarda mədəni şəraitdə becərilir.