Fişer şternbergiyası - (lat. Sternbergia fischeriana (Herb.) M. Roem.) Nərgizçiçəyikimilər -( Amaryllidaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür.[1]
Çoxillik ot bitkisidir. Soğanağı iri, 4 sm-ə qədər uzunluqda, 3 sm enində, dairəvi, tünd-qonur qınla örtülmüşdür. Bitki 20-35 sm hündürlükdə, enli-xətvari, hamar, yaşıldır. Çiçəklər baharda yarpaqlarla birlikdə görünür. Parlaq –sarı, uzunsov-ellipsivari kənarlıdır. Erkəkcik çiçəkyanlığından 2 dəfə qısadır. Yumurtalıq ayaqcıqlı, uzunsovlu – ellipsivari, hər iki sonluğu dartılmışdır. [2]
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-aprel aylarına təsadüf edir.Soğanaqla çoxalır. İşıqsevəndr. Mezokserofitdir. Aşağı və orta dağ qurşağında, quru yamaclarda rast gəlinir. Dekorativ bitkidir [2] [3]
Qobustan, Bozqır yaylası (Göytəpə, Bucaq, Kalqaylı kəndləri), Kiçik Qafqazın mərkəzi, Lənkəranın dağlıq hissəsi [2][4][5][6][7]
Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur. [7]
Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal – qara tərəfindən tapdalanması.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür.
Fişer şternbergiyası - (lat. Sternbergia fischeriana (Herb.) M. Roem.) Nərgizçiçəyikimilər -( Amaryllidaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i, ii, iii, v). Azərbaycanın nadir növüdür.