dcsimg
Image of thinleaf alder
Creatures » » Plants » » Dicotyledons » » Birch Family »

Grey Alder

Alnus incana (L.) Moench

Boz qızılağac ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

İlk dəfə Avropada təsvir edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 20 m-ə qədər olan,boz,hamar qabıqlı ağacdır.Zoğları qonur və qırmızı-qonur,qısa tükcüklərlə örtülmüşdür.Tumurcuqların uzunluğu 8-15 mm,qırmızı-qonur,küt,az tükcüklü,bir az əyilmiş,yapışqanlı deyil.Yarpaqları yumurtavari-eçlipsvari,çılpaqdır,uzunluğu 4-10 sm,eni 3-6 sm-dir,üstü yaşıl,alt tərəfi bozumtul-yaşıl,nazik tükcüklüdür,kənarları sivriləşmişdir,dib tərəfləri dəyirmi,enli pazvaridir; az-az hallarda bir qədər ürəkvaridir;mişardişlidir,7-13 cüt damarı uzun,sıx tüklüdür.Saplaqlarının uzunluğu 3-4 sm-dir,üstü yumşaq tüklüdür.Mayda çiçəkləyir.Bir neçə ədəd erkək və dişi çiçəkləri keçənilki zoğların uclarında yerləşir.Erkək sırğaları 3-5 ədəd umumi salxımşəkilli çiçək qrupuna yığılmışdır.Qozaları ellipsvari,yetişdikdə qara-qonur rəngli 12-15 mm uzunluqda və 7-8 mm enindədir.Toxum,qələmlər və kök pöhrələri ilə çoxalır.Aktiv surətdə kök zoğları əmələ gətirir.Oduncağı ağ,yumşaq və yüngüldür.

Ekologiyası

Qışa,işığa,kölgəyə davamlı bitkidir.Torpağa qarşı az tələbkardır.Köklərində azot fiksə edən bakteriyalar yerləşir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda,Quba-Dəvəçi zonasında,Lənkəranda,Astarada,Masallıda və Göygöl rayonlarının meşələrində yayılmışdır.Təxminən 60 il yaşayır.

İstifadəsi

Oduncağından mebel sənayesində dülgərlik və tokarlıq işində,kömür hazırlanmasında istifadə edilir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ