Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür.[1][2]
Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4-5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12-15 mm-dir. [1] [3] [4]
Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Soyuğadavamlıdır. Mezokserofitdir. Havanın quraqlığına orta dərəcədə davamlıdır. Torpaq-qrunt şəraitinə az tələbkardır, torpağın şoranlığına davamlı deyildır. Fıstıq, vələs və tozağacı ilə qarışıq halda, daşlı-qayalı yamaclarda yayılmışdır.[3] [4]
Alazan-Əyricay vadisində Balakən rayonunda Balakənçayın sağ qolları olan Bulanıq və Qaraborsu çaylarının hövzələrində, Göy-göl rayonunda Murovdağ silsiləsinin bir qolu üzərində yerləşmiş Göy-gölün şərq sərhəddində, Naxçıvanın Biçənək meşəsi ərazisində və Keçəldağ yaxınlığındakı palıd meşəliyində rast gəlinir.[3][4][5]
Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, antropogen amillərin təsirlərinə məruz qalır. Azərbaycanda ən geniş massivi Göy-göl Milli Parkında 150 hektara yaxın ərazidədir.
Meşələrin sistemsiz kəsilməsi, yanğınlar, enliyarpaqlı cinslərlə əvəz olunması, təbii bərpanın zəif olması.
Göy-göl Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Mövcud ağacların mühafizəsi gücləndirilməlidir.
Pinus armena K. Koch
Pinus hamata (Steven) Sosn.
Pinus sosnowskyi Nakai
Pinus sylvestris ssp. hamata (Steven) Fomin
Pinus sylvestris ssp. kochiana (Klotzsch ex K. Koch) Eliçin
http://dendrologiya.az/?page_id=112
Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür.
Pinus kochiana • Pin de Koch
Pinus sylvestris var. hamata, aussi connu sous le nom de Pinus kochiana ou pin de Koch est une espèce de pins présente principalement en Géorgie, dans les régions historiques d'Adjarie et de Djavakhétie. Il doit son nom au botaniste allemand Karl Koch qui explore le Caucase dans la première moitié du XIXe siècle.
Pinus kochiana est représenté sur une pièce de 200 dram arménien de 2014[3].
Selon Tropicos (18 décembre 2018)[4] :
Pinus kochiana • Pin de Koch
Pinus sylvestris var. hamata, aussi connu sous le nom de Pinus kochiana ou pin de Koch est une espèce de pins présente principalement en Géorgie, dans les régions historiques d'Adjarie et de Djavakhétie. Il doit son nom au botaniste allemand Karl Koch qui explore le Caucase dans la première moitié du XIXe siècle.
Pinus kochiana est représenté sur une pièce de 200 dram arménien de 2014.