Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — Romanogobio cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür. Az saylıdır.
Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur[1].
Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur. Əksər fərdləri 2 yaşında, tək-tək fərdləri isə 1 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Azərbaycanda bir növü (Romanogobio ciscaucasicus) yayılmışdır. Yarımnövləri yoxdur. Azərbaycanın Şimal-Şərq hissəsindən axan çaylarda (Ağ çay, Qara çay, Vəlvələçay, Vələmirçay, Xurayçay, Telçay və s.) yayılmışdır[2].
Su hövzələrinin çirklənməsi, çay yataqlarının qazılması, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.
Çoxalma kürüləmə yolu ilə olur. Kürülərini hissə-hissə üç dəfəyə tökür. Kürüləməsi iyunun ortalarından başlayır avqustun sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəkilində olur. Kürüsünü üç dəfəyə 1.3 minlə 8.8 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 1-2 dəfə olur.
Su cücülərinin sürfələri, xironomid sürfələri, su bitkiləri və detritlə qidalanır.
Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[3].
Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — Romanogobio cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür. Az saylıdır.