dcsimg

Ətirli qovaq ( Azerbaijani )

provided by wikipedia AZ

Әtirli qоvаq — (lat. Populus suaveolens) - Söyüd fəsiləsinə adi bitki növü

Ümumi yayılması

Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir.

Botaniki təsviri

Hündürlüyü 18-21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m2-dir. 8-10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5-9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20-30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10-15 sm-dir.

Ekologiyası

Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbi halda yayılmışdır.

İstifadəsi

Ətirli qovağın yumşaq oduncağı sellülozanın alınmasında və tikintidə istifadə edilir.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ətirli qovaq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Әtirli qоvаq — (lat. Populus suaveolens) - Söyüd fəsiləsinə adi bitki növü

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ