dcsimg

Kazinok kağızağacı ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması:

Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir.

Botaniki təsviri:

Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç – beş dişli və sapvari sütuncuqludur. Yumurtalığı yuxarı, sapvari dişicik ağızlıdır. Meyvəsi mürəkkəb, ətli gilımeyvələrdən ibarət, bir-birilə və çiçək qrupunun oxu ilə birləşmişdir.

Ekologiyası:

Quraqlığa, rütubətə davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması:

Abşeronda yaşıllaşdırmada rast gəlinir.

İstifadəsi:

Möhkəmliyi və elastikliyi ilə fərqlənir, qabığı asanlıqla gövdədən soyulur və tropiklərdə paltarların hazırlanmasında istifadə edilir. Bu kağızın lifləri çox elastikdir və uzunluğu 1-2 sm-ə çatır. Tək əkinlərdə, magistral yolların ətrafının yaşıllaşdırmasında istifadəsi məqsədyönlüdür.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ