dcsimg

Xosrov armudu ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

XVIII əsrin ortalarından dekorativ bitki kimi becərilir.

Botaniki təsviri

Hündürlüyü 6 m-dək olan, şaxələnmiş çətirli və budaqları iynəli ağac və ya koldur. Meyvələri iri, şarşəkilli, diametri 3-4 sm, kasacığı yapışıq, qısa üçkünc hissəlidir.Tez böyüyür. 30 günədək bol çiçəkləyir. Toxum, kök və yaşıl qələmlərlə, zoğlarla çoxalır.

Ekologiyası

Dəniz səviyyəsindən 1900 metr hündürlükdə bitir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyil, ancaq drenajlı və nəmişli torpaqlarda yaxşı inkişaf edir. Bir az kölgələnməyə dözür.

Azərbaycanda yayılması

Naxçıvan MR-da yabanı halda bitir.

İstifadəsi

Tək və qrup əkinlərində, yamacların bərkidilməsində istifadə edilir. Bol çiçəklənməsi və yarpaqlarının tez açılmasına görə dekorativ bitkidir. Qida bitkisidir, meyvəsindən kompot, cem, mürəbbə, spirtli içkilər hazırlanır. Soyuq dəymədə, boğaz ağrısında, öskürəkdə, nəfəs yollarının təmizlənməsində ondan hazırlanmış ekstratlardan istifadə edilir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ