Qar balinaquşu[1] (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ..
Uzunluğu 28 sm, qanadları arasında məsafə 55-60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir.
Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası.
Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Quşlar cənub yarımkürəsinin ada və sahil ərazilərində yuva qururlar. Dişilər yumurtanı yada daşlar arasında ya da otlar üzərində qazdığı çalaların içərisinə qoyurlar. Yumurta 55 gün müddətində inkubasiya dövrünü keçirir. 50 gün müddətində isə valideynlər balaları yedizdirirlər. Quşlar əsasən balalar sıçovulların hücumuna məruz qalırlar. Ancaq əsas düşmənləri Sahilqağayılarıdır.
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ..