dcsimg

Göydimdik ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Oxyura leucocephala

Adi göydimdik (lat. Oxyura leucocephala) — Ördəklər fəsiləsinə aid quş növü.

Kateqoriya və statusu

(III-VU). Həssas, sayı az olan növdür.

Qısa təsviri

Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var.

Yayılması

Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərin sahil sularında, Araz dəryaçasında rast gəlinir. Su hövzələrinin qurudulması ilə əlaqədar olaraq yayıldığı sahələr xeyli azalmışdır.

Yaşayış yeri və həyat tərzi

Qamış cəngəllikləri ilə zəngin olan göllərdə və dənizin açıq sahil sularında yaşayır. Su bitkilərinin toxumları, yarpaqları, həşərat və onların sürfələri ilə yemlənir.

Sayı

Qızılağac Dövlət Təbiət Qoruğunda 1997-ci ildə 50, 1999-cu ildə 1500, 2002-ci ildə 320, 2004-cü ildə 750, 2005-ci ildə 330, 2006-cı ildə 890, Abşeron-Qobustandakı Qırmızı göldə 2002-ci ildə 55, Ağgöldə 1991-ci ildə 3000, 2004-cü ildə 450, Hacıqabul gölündə 2009-cu ildə 1370 göydimdik qeydə alınıb. Digər su hövzələrində tək-tək fərdlərinə rast gəlinir.

Məhdudlaşdırıcı amillər

Sayı ildən-ilə kəskin dəyişir. Bunun da əsas səbəbi qışlaq arealının şimal hisssəsində qışın sərt və ya mülayim keçməsi, su-bataqlıq biotoplarının qurudulması və çirkləndirilməsidir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Ağgöl və Şirvan Milli Parkları, su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Naxçıvanın (2006) Qırmızı kitabına, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Su hövzələrinin qurudulmasına və çirkləndirilməsinə qarşı mübarizə aparılması, növün qorunmasının fəal təbliği lazımdır.

Məlumat mənbələri

1. Tuayev D.Q. Anseriformes–Qazkimilər dəstəsi // Azərbaycan faunası, Quşlar, VI cild. Bakı, “Elm”, 1977, s. 122-123;
2. Патрикеев М.В. Савка (Oxyura leucocephala) и другие редкие птицы на озере Аггель в январе 1991 г. // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Материалы научно-практической конференции. Ставрополь, 1991, с. 160;
3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 99-100;
4. Talıbov T.M. Adi göydimdik–Oxyura leucocephala Scop. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 82.
5. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Göydimdik: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Oxyura leucocephala

Adi göydimdik (lat. Oxyura leucocephala) — Ördəklər fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ