Oxvari qumilanı- (lat. Serpentes) — sürünənlər sinfinə aiddir.
Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanı ilə qonur-qəhvəyi və ya boz -qonur 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnının ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168-204, quyruqaltı qalxancıqlar isə 71-114 ədəddir.
Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimali-qərbi Çin, pakistan, Əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır. Respublika üçün çox nadir növdür. Azərbaycanda bu növün Naxçıvan MR-nın Culfa rayonunun Kərimquludizə kəndi ətrafında 2 fərdi tapılıb (Darevski J.S., 1959, Şerbak N.N., 1974).
Yovşan və şoranotlu kolluqları olan daşlı yamaclara bağlıdır. Sığınacaq yeri kimi gəmirici və kərtənkələ yuvalarından, daşların altındakı boşluqlardan, səhra kollarının sıx pöhrələrindən istifadə edir. Növün həyat tərzi öyrənilməyib.
Respublika üçün çox nadir növdür.
Azərbaycanda arealının şimal-şərq kənarında yayılmış növ olub, haqqında kifayət qədər məlumat olmayan (Data Deficient) növ statusu ilə Azərbaycan Respublikasının Qırmızı kitabının ikinci nəşrinə 2013 daxil edilmişdir.
Oxvari qumilanı- (lat. Serpentes) — sürünənlər sinfinə aiddir.