dcsimg

Adi şəmayı ( Azerbaijani )

provided by wikipedia AZ

Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ.

Təsviri

Ablette.jpg

Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur.

20 sm uzunluğa (ortalama 12—15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80—100 çəkiyə sahib nümunələrinə də rast gəlinir.

Ən sevimli qidası milçək tırtıllarıdır.

Yayılması

Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər.

Həyat tərzi

Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar. Planktonlar və suya düşən həşəratlarla qidalanırlar.

Kürüləmə mayın sonlarında başlayır, iyulun əvvəlində bitir.

Əhəmiyyəti və istifadəsi

Elədə böyük ov əhəmiyyəti kəsb etmir. Əgər heç bir canlı balıq yoxdursa, daha böyük yırtıcı balıq tutmaq üçün yem kimi də istifadə olunur. Kulinariyada istifadə edilir. Olduqca dalı olması ilə seçilir

Ədəbiyyat

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi şəmayı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ