Çətirvari iydə
Vətəni Şərqi Asiyadır.
Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4-8 sm, eni 1-2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5°C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0-2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20-27°C-dir.
Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. Quraqlıqsevəndir.
Böyük Qafqazda rast gəlinir.
Canlı çəpərlərin salınmasında, qida sənayesində geniş istifadə olunur.
Çətirvari iydə