Sarığilə daş sarmaşığı
Avropada,Asiyada,Şimali Amerikada bitir.
Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur.
Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir.
Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir.
Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur.
Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sarığilə daş sarmaşığı