Başcıqlı çoğan (lat. Gypsophila capitata) — qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab (iii)+ 2 ab (iii).
Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır.
Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır. [1][2]
İyun-avqust aylarında çiçəkləyir. Aşağı və orta dağ qurşaqlarında gili və daşlı yamaclarda, quru çaylarda və arxalarda rast gəlinir. [1] [3][4] Populyasiyanın növləri azalır, yayılma ərazisi məhdudlaşır. Məhdudlaşdırıcı amillər iqlim və antropogen amillərdir (otarılma, tapdalanma nəticəsində yaşayış ərazisinin deqradasiyası). Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır.[5] Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanın nadir bitki növüdür. Qafqaz endemikidir.[6][7] Regional IUCN Statusu-NT. [8]
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab (iii)+ 2 ab (iii).
Gypsophila capitata là loài thực vật có hoa thuộc họ Cẩm chướng. Loài này được M.Bieb. mô tả khoa học đầu tiên năm 1808.[1]
Gypsophila capitata là loài thực vật có hoa thuộc họ Cẩm chướng. Loài này được M.Bieb. mô tả khoa học đầu tiên năm 1808.