dcsimg

Keçə şoranı ( Azerbaijani )

provided by wikipedia AZ

Keçə şoranı - (lat. Salsola tomentosa (Moq.) Spach.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri

Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir [2][1][3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə - meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağətəyində, şorakər torpaqlarda taxıllı-şorangəlik qruplaşmaları əmələ gətirir. [2][1][4][5]

Yayılması

Naxçıvan düzənliyi (Culfa rayonu-Darıdağ ətrafı, Babək rayonu - Böyükdüz kəndi ətrafı). [1][6][7]

Sayı və tendensiyası

Populyasiyasında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır. [1]

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (otarılma, tapdalanma). [1][8]

Mühafizə tədbirləri

Mühafizə üçün xüsusi tədbirlər aparılmır. [1][9] Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Məlumat mənbəsi

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 http://redbook.az/
  2. 2,0 2,1 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  3. Флора Азербайджана, 1952
  4. Ахундов Г.Ф., Гогина Е.Е., Прилипко Л.И., 1978
  5. Hacıyev V.C., Musayev S.H., 1996
  6. Гроссгейм А.А., 1945
  7. Мовсумова Ф.Г., 2005
  8. Мовсумова Ф.Г., 2006
  9. Мовсумова Ф.Г., 2009
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Keçə şoranı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Keçə şoranı - (lat. Salsola tomentosa (Moq.) Spach.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sarımtıl-yaşıl şоrangə ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi yayılması

Qafqazda (Ermənistan) təbii arealı vardır.

Azərbaycanda yayılması

Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir.

Statusu

Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv).

Bitdiyi yer

Quru, daşlı, gilli yamaclarda təbii halda bitir.

Təbii ehtiyatı

Azərbaycanda kiçik bir arealda yayılmışdır.

Biоlоji xüsusiyyətləri

Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündür-lüyü 20-50 sm оlan yarımkоlcuqdur. Cavan zоğları sarımtıl- yaşıldır. Yar-paqları хətvarı yarımsilindrikdir. Uzunluğu 10–12 mm və ucu kütdür. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. Meyvələrdə qanadlar sarımtıl və ya narıncıdır. Sоnralar qaralır; 3 qanadı nisbətən böyükdür. May ayında çiçəkləyir, sentyabr-оktyabr aylarında meyvə verir.

Çохalması

Tохumla və vege-tativ yоlla çохalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca оlaraq insan fəaliyyətidir.

Becərilməsi

Məlumat yoxdur.

Qəbul edilmiş qоruma tədbirləri

Qoruma tədbiri yoxdur.

Zəruri qоruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edil-məsi tövsiyə olunur.

Məlumat mənbələri

Деревья и кустарники СССР. т.2. 1951; Флора Азербайджана т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Azər-baycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Azərbaycan dendroflorası. I cild, 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011

Ədəbiyyat

  • Деревья и кустарники СССР. Т.4. 1951.;
  • Флора Азербайджана. т.6.1955;
  • Azəraycanın ağac və kolları. I cild. 1961;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011.
  • Azəraycanın ağac və kolları. II cild. 1964;
  • Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ulduzvarı şoran ( Azerbaijani )

provided by wikipedia AZ

Ulduzvarı şoran (lat. Salsola stellulata) — pəncərkimilər fəsiləsinin şoran cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir. Dişicik ağzı sütuncuğa bərabərdir. Tozcuqları da həmin uzunluqdadır. Çiçəkyanlığı çox vaxt al-qırmızı qanadlıdır, qanadlarla birlikdə diametri 5-7 mm-dir.

Ekologiyası

Duzlu, şoran torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

Naxçıvan düzündə, (Ordubad, duz mədənləri) qumlu yamaclarda geniş yayılmışdır.

İstifadəsi

Tərkibindəki alkoloidlər damarları genişləndirərək qan təzyiqini aşağı salır.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ulduzvarı şoran: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ulduzvarı şoran (lat. Salsola stellulata) — pəncərkimilər fəsiləsinin şoran cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Salsola tomentosa ( Vietnamese )

provided by wikipedia VI

Salsola tomentosa là loài thực vật có hoa thuộc họ Dền. Loài này được Spach ex Moq. miêu tả khoa học đầu tiên năm 1849.[1]

Tham khảo

  1. ^ The Plant List (2010). Salsola tomentosa. Truy cập ngày 23 tháng 6 năm 2013.

Liên kết ngoài


Hình tượng sơ khai Bài viết về Họ Dền này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Salsola tomentosa: Brief Summary ( Vietnamese )

provided by wikipedia VI

Salsola tomentosa là loài thực vật có hoa thuộc họ Dền. Loài này được Spach ex Moq. miêu tả khoa học đầu tiên năm 1849.

license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI