Qarağan şoranı və ya kol şoranı
Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir.
Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır. Toxumları ovalşəkilli, qara rəngli, xırda nöqtəli, parıldayandır. Meyvələri dekabr ayında yetişir.
Dağ ətəyində və aşağı dağ qurşağında şoranlarda və ya şoranlaşmış torpaqlarda yaxşı bitir.Duzadavamlı bitkidir.
Xəzər və Kür-Araz ovalıqlarında, Qobustanda, Samur-Dəvəçi, Naxçıvan düzənliklərində (Ordubadda), aranda və dağ ətəyində, səhra və yarımsəhralarda geniş yayılmışdır.
Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir. Xüsusilə yaxşı inkişaf etmiş qarağan yarımsəhralığı qiymətli otlaq sahələri hesab edilir. Sabun hazırlanmasında istifadə edilir.
Qarağan şoranı və ya kol şoranı
Shoʻrbuta — shoʻradoshlar oilasiga mansub chala buta. Boʻyi 50—150 sm. Poyasi tuklar bilan qoplangan. Barglari navbatlashib joylashadi, mayda, seret. Toʻpguli yoyiq roʻvaksimon. Gullari ikki jinsli. Iyul — sentyabrda gullab, meva beradi. Oʻzbekistonda shoʻrxok yerlarda, ekinlar orasi va boshqalar yerlarda begona oʻt holida uchraydi.
Salsola dendroides là loài thực vật có hoa thuộc họ Dền. Loài này được Pall. miêu tả khoa học đầu tiên năm 1803.[1]
Salsola dendroides là loài thực vật có hoa thuộc họ Dền. Loài này được Pall. miêu tả khoa học đầu tiên năm 1803.