Kürd yerköpüyü (lat. Paronychia kurdica) — qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT.
Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır. [1] [2]
Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2—10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirirlər. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir. Kasacıqlar otvari, 2-3 mm uzunluğunda, xətvari-lansetvari, tüklənmiş, xarici səthdəkilər daha uzundur. [1]
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda rast gəlinir [1]. Hazırda populyasiyanın sabitliyinə baxmayaraq, antropogen amillər və iqlim azalma tendensiyasına səbəb ola bilər. [2] Məhdudlaşdırıcı amilləri həddindən artıq otarılma, biçilmə və iqlimin dəyişilməsidir. Yayılma əraziərində antropogen təsirləri azaldılması təklif olunur.
Azərbaycanın nadir növüdür.[3][4]
Kürd yerköpüyü (lat. Paronychia kurdica) — qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT.