dcsimg

Gümüşü-boz şibyəyeyən ( Azerbaijani )

provided by wikipedia AZ

Gümüşü-boz şibyəyeyən (lat. Eilema lurideola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ.

Xarici quruluşu

Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 26-28 mm-dir. Ön qanadları ensiz tünd-boz rəngdə olub, ön kənarı açıq-sarı, arxa qanadlar enli tünd sarımtıl rəngdədir. Baş və qarıncığın ucu sarı, bədənin qalan hissəsi boz rəngdədir.

Tırtılı qara-boz, kürək xətti qara, yan xətti isə qırmızı-sarıdır, üzərindəki tüklər və başı qaradır.

Yayılması

Dağətəyi və orta dağlıq ərazilərdə geniş yayılmışdır. Bəzən düzənlik yerlərdə də ona rast gəlinir. Zoologiya institutunun kolleksiya fondunun işlənməsi zamanı A.Boqaçev tərəfindən Oğuzdan (4.VIII.35), R.Əfəndi tərəfindən Zaqataladan (19.VII.60), Bakıdan (16.IX.63), A.Piriyev tərəfindən Şamaxıdan (1.VII.88), Altıağacdan (15.VII.89), eləcə də Talşdan toplanmışdır. Düzən meşələrdə və bağlarda yaşayır.

Payız və yaz aylarında ağaclar üzərindəki şibyələrlə qidalanır. Ehtimal ki, iki nəsil verir. Tırtıl mərhələsində qışlayır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Gümüşü-boz şibyəyeyən: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Gümüşü-boz şibyəyeyən (lat. Eilema lurideola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ