Pallas murdarçası (lat. Rhamnus pallasii) — murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Şimali Qafqazda təbii halda yayılmışdır.
Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür. Meyvəsi 4 mm-ə yaxın olan şarvari və ya tərs yumurtavari çəyirdək meyvədir, şirəli ara və ya quru təhər qəhvəyi rəngdədir. Çəyirdəyi 2-3 olmaqla qara rəngli, uzunluğu 3-mm-ə qədərdir. İyun ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir.
Quraqlığa davamlı, isti və işıqsevən bitkidir.
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR təbii halda rast gəlinir.
Bir çox forma müxtəliflikləri vardır. Yaşıllaşdırmada istifadə oluna bilər.
Pallas murdarçası (lat. Rhamnus pallasii) — murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Rhamnus pallasii là một loài thực vật có hoa trong họ Táo. Loài này được Fisch. & C.A. Mey. miêu tả khoa học đầu tiên.[1]
Rhamnus pallasii là một loài thực vật có hoa trong họ Táo. Loài này được Fisch. & C.A. Mey. miêu tả khoa học đầu tiên.