Çəhrayı bəlğəmotu (lat. Alcea rosea) — əməköməcikimilər fəsiləsinin alcea cinsinə aid bitki növü.
Çəhrayı bəlğəmotunun hündürlüyü 2-2,5 metrə qədər çata bilir. Ağ, çəhrayı, bənövşəyi, sarı, qırmızı çiçəkləri ola bilər. Çiçəkləri xətli ya da ləkəli ola bilir. Geniş və yumru yarpaqları ürək formasındadır. Günəşli, küləksiz yerlərdə yaxşı inkişaf edir. Gilli və qida maddələrin tərəfindən zəngin, yaxşı gübrələnilmiş torpaqları sevir. ilıq iqlimlərdə, iyun-avqust sonuna qədər çiçəkli qalır.
Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.[1]