dcsimg

Xəzər andızı ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər andızı - (lat. İnula caspica Blum ex Ledeb.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30-50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15-22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Toxumla çıxalır, mezofitdir, işıqsevən, uzlaşmaya avamlıdır, dəniz kənarında, psammofit-litoral qruplaşmalarda rast gəlinir. Dərman bitkisidir.[3][4]

Yayılması

Lənkəran ovalığıdır (Sara adası).

Sayı və tendensiyası

Populyasiyanın təbii ehtiyatı azdır.

Məhdudlaşdırıcı amillər

İqlimin təsiridir.

Mühafizə tədbirləri

Qorunma tədbirləri təşkil olunmur. Bitdiyi yerlərin tam mühafizəsi, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma ərazilərinin aşkar edilməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Kaspi%20and%C4%B1z%C4%B1
  3. 3,0 3,1 Флора Азербайджан, 1961
  4. Мехтиева Н.П., 2010
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Xəzər andızı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər andızı - (lat. İnula caspica Blum ex Ledeb.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ