Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ.
Erkək fərd 10-15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir).
Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər. Yumurtadan çıxan mirasidi şirin suda yaşayan yumşaqbədənlinin bədəninə daxil olur və sporosistaya çevrilir. Sporosistada serkarilər formalaşır və yumşaqbədənlini tərk edərək suya düşürlər.
Qan sorucusu qarın boşluğunun və sidik kisəsinin iri vena qan damarlarında parazitlik edir. Qan sorucularının məməlilərdə, quşlarda parazitlik edən növləri də vardır.
Serkarilər suda işləyən və ya çimən insanın dərisindən keçərək, onların qan damarına keçir və inkişaf edərək yetkin mərhələyə çevrilir. Qan sorucusu təhlükəli şistozomatoz xəstəliyini törədirlər.
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ.