dcsimg

Skolopendrlər ( Azerbaijani )

provided by wikipedia AZ

Skolependrokimilər dəstəsi (lat. Scolopendromorpha)-Buğumayaqlılar tipinin Dodaqayaqlılar sinfinə aid olan dəstə.

Xarici quruluşu

Skolependrokimilərın nisbətən enli sıx bədəni, kriptopidlərin solğun, sqolodirlərin tünd rəngi, 15-23 cüt ayaqları olur. Skolependrokimilərin ayaqları təkcə sürətli yerişə və qaçışa deyil, həm də qidanı möhkəm tutmağa uyğunlaşmışdır.[1]

Həyat tərzi

Skolependrokimilər – başlıca olaraq tropiklərdəsubtropiklərdə yaşayan ən iri çoxayaqlılardır. Skolependrokimilərin çoxu daşların altında, qayaların yarıqlarında və b. bu kimi sığınacaqlarda yaşayırlar. İstisnasız olaraq gecələr sığınacaqdan çıxıb, müxtəlif onurğasızları ovlayırlar. İri skolependrokimilərin, məsələn nəhəng skolependrokimilər (Scolopendra gigantea) quşlara, kərtənkələlərə, quru qurbağalara hücum halları da məlumdur. Əsl skolopendrlər fəsiləsinin (Scolopendridae) nümayəndələri yırtıcıdırlar. Onlar torpağın səthinə çıxır, başlarının böyürlərində sadə gözcük topalarından ibarət olan gözləri olur. Skolopendr müxtəlif həşəratlarla (böcəklər və onların sürfələri, yüyrəklər, düzqanadlılar), hörümçəklərlə, bəzən isə molyusklarla qidalanırlar. Halqalı skolopendr çox kəskin təsirli zəhər ifraz edir, ancaq onun sancması insan üçün ölümcül deyil. Əsl skolopendrlər tək-tük halda Kür-Araz ovalığında və Abşeronda yovşan-efemer bitkilər altındakı torpaqlarda da tapılmışdır. Kor skolopendrlər fəsiləsi (Cryptopidae) ikinci dəfə torpaqda yaşamağa keçmiş və qaranlıqda yaşaması ilə bağlı olaraq görmə qabiliyyətini itirmiş çoxayaqlıları birləşdirir.[1]

Yayılması

Skolependrokimilərin 540, MDB ərazisində 13 növü məlumdur. Rusiyanın Avropa hissəsinin cənubunda və Aralıq dənizi ölkələrində uzunluğu 10 sm-ə çatan halqalı skolopendr (Scolopendra singulata) yayılmışdır. Azərbaycanda Abşeronun quraq yerlərində daşların altında, şərqi Aralıq dənizi ərazilərində yayılmış Scolopendra aralocaspia Kessl. və Scolopendra singulata Latz. tez-tez rast gəlmək olar.Bu fəsilədən Şəki rayonunda Cryptops punctatus C.L.koch tapılmışdır. Lənkəran zonası və Kiçik Qafqazın xam və mədəniləşmiş torpaqlarında 1 m2-də bir neçə kor skolopendrə Gryptops sp. rast gəlmək olar.[1]

Həmçinin bax

Buğumayaqlılar

Dodaqayaqlılar

Geofillər

Ədəbiyyat

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçid

İstinadlar

  1. 1,0 1,1 1,2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Skolopendrlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Skolependrokimilər dəstəsi (lat. Scolopendromorpha)-Buğumayaqlılar tipinin Dodaqayaqlılar sinfinə aid olan dəstə.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ