dcsimg

Cochlinidae ( Azerbaijani )

provided by wikipedia AZ

Çanaqlı amöblər (lat. Testacealobosia) — fəsilədir.

Xarakterik əlamətləri

Hüceyrəyə formasını dəyişməyə imkan verən yarımsərt qılaflı orqanizmlərdir. Lokallaşmış nüvəsi yoxdur. Psevdopodiyalar kökdən enli, apikal itiuclu, qısa və ya uzundur. Ventral şəkildə və ya hüceyrənin başqa yerlərində əmələ gəlir. Ancaq dorzal vəziyyətdə əmələ gəlmir. Su orqanizmləridir. Torpaqlarda nadir hallarda olur və ancaq kultural üsulla aşkar edilir.[1]

Yayılması

Bu fəsilənin aşağıdakı nümayəndələri Azərbaycanda qeydə alınmışdır. [2]: Cochlipodium digitatum Greff – Lənkəran rayonunun Şiləvar düyü tarlasında; Arcella stellaris Piey – Qazax, Ağdam rayonlarının su hövzələrində, Kür balıqçılıq stansyiyasında; A.arenaria Greff – Abşeron yarımadasında şor göldə; A. haemisphaerica Perty – düyü tarlalarında; A. discoides Ehrer- Olxovka gölündə, Aşağı Nügədi nohurunda; A. costata Ehrenberg – Lənkəran kərpic zavodu yaxınlğındakı nohurda, Pirqədir, Alanlar, Cilligöl göllərində, Biçənək və Yevlax rayonu su hövzələrində; A. vulgaris Ehrenberg – Lənkəran düyü tarlalarında; A.artocrea Leidy – Abşeron şorsu hövzəsində; Pyxidicula operculata Ehren – Lənkəranın düyü tarlalarında.[3]

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  2. Əlizadə, 1934, 1941; Veysiq, 1939, 1940; Popov, 1951; Qasımov, 1965
  3. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Cochlinidae: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çanaqlı amöblər (lat. Testacealobosia) — fəsilədir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ