dcsimg

Cənubi Qafqaz yovşanlıq girdəbaşı ( Azerbaijani )

provided by wikipedia AZ

Cənubi Qafqaz yovşanlıq girdəbaşı[1] (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir.

Xarici görünüşü

Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.

Bioloji xüsusiyyətləri

Qışlamadan əsasən mart ayında qayıdırlar və noyabr ayına qədər aktiv olurlar. Onlar əsasən kiçik onurğasızlarla (böçəklər, hörümçəklər, qarışqalar və s.) qidakanırlar. Dişilər il ərzində 2-3 dəfə yumurta qoya bilirlər. Hər yumurtalama dövründə 2-7 olmaqla yumurta qoyurlar (adətən 3-5 yumurta). Təbiətdə üç il müddətində yaşaya bilirlər. Balaları yumurtadan 40 gündən sonra çıxırlar. İlk çıxdıqları an uzunluqları 42-49 sm olur. Qışlamadan sonrayetkinləşirlər. Növbəti yaza cəmi 15-20 % girdəbaş yaşaya bilir. Onların ölününü böyük əksəriyyəti yırtıcı canlılar tərəfindən ovlanması ilə əlaqədardır. Əsasən gündüz aktiv olurlar[1]. Gizlənc yerləri əsasən gəmiricilərin qazdığı yuvalardır. Qışda isə yuvaların dərinliyi 20 sm qədər enir[2].

Yayılma və yaşayış yerləri

Girdəbaşlara əsasən Ermənistan, Türkiyə (şimal-şərq rayonları) və Azərbaycan (Naxçıvan Muxtar Respublikası). Ermənistan ərazisinfə bir necə populyasiya məlumdur. Əsasən Armavir məğzi ərazisində rast gəlinir. Araz çayı vadisində 6 populyasiya yayılmışdır. Xüsusi ilə Goravan səhrasında hər 1 ha əraziyə 1-2 nümunə düşür.

Onlar əsasən 800–1050 m yüksəklikləri arası olan daşlı və gilli yarımsəhralarda yaşayırlar.

İnsan fəaliyyəti

Növ beynəlxalq qırmızı kitaba daxil edilmişdir. Üstəlik nəsli nəsilməkdə olan növ hesab edilir. Səbəb isə son 12 il ərzində yayılma arealının 80 % boyunca əkin sahələri və şəhərsalma sahələri salınmışdır. Bu canlıların yayılma arelı boyunca yerləşən ölkələrdən bircə Ermənistanın qırmızı kitabına daxil edilmişdir. Hətta ətraf mühitə dəymiş zərərlə bağlı qanunvericilikdə hər öldürülən Cənubi Qafqaz yovşanlıq girdəbaşına görə (yumurtalarıda daxil olmaqla) 15 min dram ödənilməlidir[3].

İstinadlar

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Cənubi Qafqaz yovşanlıq girdəbaşı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Fars girdəbaşı ( Azerbaijani )

provided by wikipedia AZ

Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi[1].

Yayılma və yaşayış yerləri

Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.

İstinadlar

  1. "Вопросы герпетологии. Материалы Третьего съезда Герпетологического общества им. А. М. Никольского". 2008. İstifadə tarixi: 2016-01-14.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Fars girdəbaşı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ