dcsimg

Tünd rəngli dovşanalması ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5 - 20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür. Kasacığın dişcikləri eni üçkünc, ucu daralmışdır. Çiçək tacı xırda, eni 6-8 mm, ləçəkləri şaxələnmiş, ağ, əyilmiş, uzunluğu 2-2,5 mm, əks-yumurtavari-yumru, bünövrənin üzərində tükcüklü, kənarları kəsiklidir. Sütuncuqları 2, yumurtalığın ucu tükcüklüdür. Meyvələri əks-yumurtavari, uzunluğu 5-7 mm, eni 4-6 mm, qonurtəhər, al qırmızı-qara rəngdədir. Çəyirdəkləri 2, əks-yumurtavari, uzunluğu təxminən 5 mm, qonurdur.

Ekologiyası

Meşə zolağının aşağı və orta hissələrində, quru, əsasən açıq, daşlıq və çöl yamaclarında və kolluqlarda bitir.

Azərbaycanda yayılması

Zaqafqaziya, şimali-şərqi Azərbaycan, Şəkidən 8 km şimala, çınqıllı yamaclarda yayılmışdır.

İstifadəsi

Tək və qrup əkinlərində istifadəsi məqsəd yönlüdür.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ