dcsimg

Kür kərtənkələsi ( Azerbaijani )

provided by wikipedia AZ

Kür kərtənkələsi (lat. Lacerta portschinskii)— Qayalıq kərtənkələləri cinsinə aid növ. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur.

Yayılması

Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı. Hal-hazırda isə areal kiçik olaraq müxtəlif ərazilərdə yayılmışdır. Bu növə daxil kərtənkələlər Kürün sahili boyunca yerləşən qayalıqlarda, 1100-1200 metr yüksəkliklərində yayılmışdır. 1 km maşrutda 40-55 baş kərtənkələyə daxildir. Qışlama Tiflis yaxınlığında mart, dağlıq ərazilərdə isə aprel ayının ortalarında bitir.

Sistematika

Bu növ iki yarımnövə bölünür. Lacerta portschinskii portschinskii Kessler, 1878 növün əsas yarımnövüdür. Lacerta portschinskii nigrita Bakradze, 1976 yarımnövü isə Kürün (Gürcüstan) Maşavera çayı, (Ermənistan) Debet çayı kimi qolları sahillərində yayılmdır.


Qidalanması və çoxalması

Cücülər və kiçik onurğasızlarla qidalanır. Böçəklər, İkiqanadlılar, Düzqanadlılar, Çoxayaqlılar və Kəpənəklər onun əsas qidasını təşkil edir.

Yumurta qoymaqla çoxalırlar. 2-5 yumurta qoyurlar. Bu iyundan iyulun ortalarına qədər davam edir. Balalar iyulun ortalarından avqust ayının sonlarına qədər yumurtadan çıxırlar. Balaların uzunluğu 25-27 mm təşkil edir.

Həmçinin bax

Gürcüstan kərtənkələsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kür kərtənkələsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kür kərtənkələsi (lat. Lacerta portschinskii)— Qayalıq kərtənkələləri cinsinə aid növ. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ