dcsimg

Bənövşəyi çanaqlı yastıca ( Azerbaijani )

provided by wikipedia AZ

Bənövşəyi çanaqlı yastıca (lat. Parlatoria oleae (Colvee)) - Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinin Yastıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Çanaqlı yastıcanın çanağı ovaldır, bəzən hətta dəyirmidir, ağdır, bəzən bozumtul ağdır, sürfə çanaqcığı böyükdür, tünd yaşıl, qəhvəyi və yaxud qaradır. Dişinin çanaqdaxili bədəni bənövşəyi rənglidir. Bədən oval və yaxud geniş ovaldır, arxa döş ən geniş hissədir. Erkəklərin nimfal çanağı ağ rəngli olub, qara rəngli sürfə çanaqcığına malikdir. Yetkin erkək fərdlər 1 cüt qanada, ətraflara malikdirlər və sərbəst gəzirlər. 1-2 gün yaşadıqdan sonra məhv olurlar.[1]. Çanaqlı yastıca bitkiyə yapışdıqdan sonra bədən yığılır, dəyirmi forma alır. Sürfələr sekretor mum maddə ifraz edir və bu maddədən havada saplar yaranır.[2]

Həyat tərzi

Polifaqdır, əksər meyvə və giləmeyvələrə, o cümlədən dekorativ ağac və kollara zərər vurur. Azərbaycanda meyvə ağaclarına, xüsusən alma, badam, armud, gavalı, göyəmə daha çox zərər vurur. Yastıca ilə yoluxmuş meyvə ağaclarının meyvəsinin üzərində qırmızı-bənövşəyi ləkələr yaranır. Güclü yoluxma zamanı bitkinin ümumi inkişafını zəiflədir, yarpaqların quruyub tökülməsinə, məhsuldarlığın kəskin surətdə aşağı düşməsinə, məhsulun keyfiyyətinin azalmasına səbəb olur.[3] Azərbaycanda bu zərərvericinin bioekoloji xüsusiyyətləri qismən öyrənilmişdir. A.T.İmamquliyev Azərbaycanın Lənkəran zonasında bu zərərvericinin biologiyasını və bəzi yerli entomofaqlarını öyrənmişdir. XaçmazdaAbşeronda bənövşəyi çanaqlı yastıcanın mayalanmış dişi fərdləri ağac, kol bitkilərinin gövdə və budaqlarında qışlayır. İqlim şəraitindən asılı olaraq, çanaqlı yastıcanın oyanması müxtəlif vaxtlarda baş verir. Gündəlik temperatur 10-120C-dən yüksək olduqda yastıcalar qidalanmağa başlayır və ölçüsü artır. Mayın I - II ongünlüyündə ilk yumurta qoyan dişilər yaranır. Yumurtalar ovaldır, açıq bənövşəyi rənglidir. Yumurta qoyma uzunmüddətli prosesdir, təxminən 30-40 gün çəkir. Yumurta qoyulandan sonra dişilər yığılır, büzüşür və məhv olur. Bənövşəyi çanaqlı yastıcanın yumurta qoyma qabiliyyəti müxtəlifdir.[4]

Yumurtalardan 6-7 gün sonra “avara sürfələr” çıxır. Onlar çox həssas olurlar. İlk avara sürfələr mayın II ongünlüyündə çıxmağa başlayır. Avara sürfələrin kütləvi doğuluşu mayın III ongünlüyünə iyunun 1 yarısına təsadüf edir. Avara sürfələr yastı oval olur, bənövşəyi rəngli olub, aktiv hərəkət edir. Zərərvericinin digər bitkilərə yoluxması da məhz bu dövrdə olur. Çox xırda ölçülü olduqları üçün yastıcanın yayılması bu dövrdə daha çox olur.Yumurtadan çıxan “avara sürfələr” ətraflara, bığcığa malik olur, bir müddət sərbəst hərəkət edirlər. Sonradan sürfələr öz xortumlarını bitkinin toxumasına salır, ona yapışır. Avara sürfələr bitkinin üzərində yayılır, ən yumşaq yerlərə yapışır, əsasən yarpaqların əsas damarı boyunca zoğlarda və meyvə yanlığında toplanır.

Çanaqlı yastıca bitkiyə yapışdıqdan sonra bədən yığılır, dəyirmi forma alır. Sürfələr sekretor mum maddə ifraz edir və bu maddədən havada saplar yaranır. Təxminən 1-1,5 gündən sonra sürfənin bədəni saplarla örtülür və ilk çanaq yaranır. Çanağın altında bədən aydın görünür. 18-20 günlük inkişafdan sonra I yaşlı sürfələr qabıq dəyişir, II yaşlı sürfələr yaranır. Bu dövrdə artıq erkək və dişi fərdlər həm çanaqları, həm də çanaqdaxili bədənləri ilə bir-birindən fərqlənirlər. Dişilər dəyirmi çanağa malik olur, erkəklərin çanağı isə uzunsov olur. Dişi fərdlərin çanaqdaxili bədəni açıq qırmızımtıl bənövşəyi rəngli, erkəklərin bədəni uzunsov olub, tünd qırmızımtıl bənövşəyi rəngli olur. II yaşlı sürfələr 20-25 günlük inkişafdan sonra artıq cavan fərdlərə çevrilir. II yaşlı dişi sürfələr cavan dişilərə, erkək sürfələr isə nimfalara çevrilir. Təxminən 45-50 günlük inkişafdan sonra erkəklər uçmağa başlayır, onlar dişilərlə cütləşdikdən sonra məhv olurlar. Erkəklərin intensiv uçuşu 12-14 gün davam edir, əsasən səhər və axşam saatlarda uçurlar. Tək-tək fərdlərə 30-35 gün sonra da təsadüf edilir. Erkəklərlə mayalandıqdan sonra 10-15 gün sonra artıq dişi fərdlər yumurta qoymağa başlayır. Deməli, I yaz nəslinin inkişafı 60-65 gün çəkir.[5] II nəslin yumurta qoyan dişiləri iyulun I və II dekadasında yaranır. Kütləvi yumurtaqoyma iyulun II - III ongünlüyündə baş verir. 8-10 günlük embrional inkişafdan sonra sürfələr çıxır, kütləvi sürfə çıxışı təxminən 10-15 gün sonra baş verir. İyul ayında kütləvi sürfə mərhələsi olur. Qısa müddətli sərbəst həyatdan sonra sürfələr oturaq həyata keçir və I yaşlı sürfələrə çevrilir. 20 günlük inkişafdan sonra I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Sentyabrın I-II dekadasında cavan dişilər yaranır, erkəklər uçur. Dişilərlə mayalandıqdan sonra erkəklər məhv olur. Mayalanmış dişi fərdlər qışlayır. Mayalanmadan sonra dişilər çanaqlarını xeyli böyüdürlər və qışlayırlar. Temperaturun aşağı olması nəticəsində çanağın böyümə sürəti yaza nisbətən çox az olur. [6]

Yayılması

Zərərverici dünyada geniş yayılmışdır. Keçmiş SSRİ məkanında əsasən Krım, Krasnodar vilayətlərində, QafqazOrta Asiya respublikalarında yayılmışdır. Zərərvericinin vətəni Palearktikanın Aralıq dənizi sahilidir.

Ədəbiyyat

  • Mustafayeva G.Ə. Azərbaycanın çanaqlı yastıcalarının (Homoptera, Diaspididae) növ tərkibi, yayılması və zərər vurduqları bitkilər. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.

İstinadlar

  1. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  2. Bənövşəyi çanaqlı yastıca
  3. Mustafayeva G.Ə. Fauna of scales
  4. Mustafayeva G.Ə. Azərbaycanın çanaqlı yastıcalarının (Homoptera, Diaspididae) növ tərkibi, yayılması və zərər vurduqları bitkilər. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.
  5. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.
  6. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Bənövşəyi çanaqlı yastıca: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Bənövşəyi çanaqlı yastıca (lat. Parlatoria oleae (Colvee)) - Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinin Yastıcalar fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Parlatoria oleae ( Vietnamese )

provided by wikipedia VI

Parlatoria oleae là một loài côn trùng trong họ Diaspididae. Loài này được Colvee miêu tả khoa học đầu tiên.[1]

Đây là loài gây hại phát triển phổ biến ở Uzbekistan.

Chú thích

  1. ^ List of insect pests and diseases by country. FAO. 2015. Truy cập ngày 2 tháng 7 năm 2015.

Tham khảo


Hình tượng sơ khai Bài viết liên quan đến Bộ Cánh nửa này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.


license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Parlatoria oleae: Brief Summary ( Vietnamese )

provided by wikipedia VI

Parlatoria oleae là một loài côn trùng trong họ Diaspididae. Loài này được Colvee miêu tả khoa học đầu tiên.

Đây là loài gây hại phát triển phổ biến ở Uzbekistan.

license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Фиолетовая щитовка ( Russian )

provided by wikipedia русскую Википедию
Латинское название Parlatoria oleae
(Colvée, 1880)
Синонимы

wikispecies:
Систематика
на Викивидах

commons:
Изображения
на Викискладе

NCBI 665268

Фиолетовая щитовка[1] (лат. Parlatoria oleae) — вид полужесткокрылых насекомых-кокцид рода Parlatoria из семейства щитовки (Diaspididae)[2]. Серьёзный вредитель многих косточковых и семячковых культур[3].

Распространение

Повсеместно расселённый тропический и субтропический вид. Африка: Египет, Судан, Эфиопия. Азия: Израиль, Индия, Иран, Китай, Туркменистан, Таджикистан, Узбекистан. Европа: Бельгия, Болгария, Великобритания, Италия, Армения, Азербайджан, Грузия, Украина (южный берег Крыма). Северная Америка: Мексика, США. Южная Америка: Аргентина, Боливия, Бразилия. Австралия[4][2][5][6].

В России отмечена в Краснодарском крае и Дагестане[1].

Описание

Мелкие щитовки, длина самок около 1 мм, основная окраска беловато-жёлтая, желтовато-коричневая, розовато-жёлтая[2]. Формула циркумгенитальных желёз 0-8 (10-29) 11-23. Тело овальное формы. Тело самки покрыто щитком из двух личиночных шкурок. Брюшко сегментировано, пигидий развит. Цилиндрические железы несут 2 хитиновых ободка. Дорзальные железы шире их устьиц не более чем в 4 раза[1][2].

В год дают от 1 до 4 поколений. В Центральной Азии, США и Средней Азии дают 2 поколения в год. Зимуют самки, которые откладывают до 100 яиц (в апреле-мае и в июле)[1][2].

Питаются соками растений десятков семейств. Встречаются на стволах, ветвях, плодах и листьях многих косточковых и семячковых культур. Повреждает такие растения как яблоня, хурма, мушмула, грецкий орех, маслины, гранат, розы, сирень, ясень, падуб и другие. На 20 % снижают маслянистое содержание в оливках[1][2].

Среди врагов фиолетовой щитовки отмечены паразитические наездники (Aphelinidae, Encyrtidae, Pteromalidae), хищные жуки (Coccinellidae, Nitidulidae) и другие (Hemisarcoptidae, Thripidae)[2].

Вид был впервые описан в 1880 году энтомологом П. Колви (P. Colvée) под первоначальным названием Diaspis oleae[7][2]. Таксон Parlatoria oleae включён в состав рода Parlatoria вместе с таксонами P. blanchardi, P. camelliae, P. crotonis, P. ephedrae, P. pergandii, P. proteus, P. ziziphi и другими. Видовое научное название P. oleae было дано по имени растения-хозяина (лат. Olea, Маслина), на котором впервые таксон был обнаружен[2][8].

См. также

Примечания

  1. 1 2 3 4 5 Борхсениус Н. С. Червецы и Щитовки (Coccoidea). — Москва — Ленинград: Издательство АН СССР, 1950. — С. 172. — 1-250 с. — (Определители по фауне СССР, издаваемые Зоологическим институтом АН СССР. № 32). — 2000 экз.
  2. 1 2 3 4 5 6 7 8 9 Ben-Dov, Y. Parlatoria oleae (англ.). Scale insect web catalog. scalenet.info (26th of June, 2014). — Таксономия. Проверено 28 июня 2014.
  3. Miller, D. R., Davidson, J. A. 3.1.1 A List of the Armored Scale Insect Pests. Armored Scale Insects, Their Biology, Natural Enemies and Control. — Amsterdam, the Netherlands: Elsevier, 1990. — P. 1-688. — (World Crop Pests, Vol. 4B).
  4. Ezzat, Y. M.; Afifi, S. Redescription and classification of the scale insects of the family Diaspididae, originally described by W.J. Hall from Egypt (Homoptera: Coccoidea) (англ.) // Bulletin de la Société Entomologique d'Egypte : Журнал. — 1966. — Vol. 49. — P. 367-409.
  5. Hall, W. J. Contribution to the knowledge of the Coccidae of Egypt (англ.) // Bulletin, Ministry of Agriculture, Egypt, Technical and Scientific Service : Журнал. — 1926. — Vol. 72. — P. 1-41.
  6. Ezzat, Y. M. Nada, S. M. A. List of Superfamily Coccoidea as known to exist in Egypt (англ.) // Bollettino del Laboratorio di Entomologia Agraria 'Filippo Silvestri' (Proceedings of the Fifth International Symposium of Scale Insect Studies) : Журнал. — 1987. — Vol. 43 (Suppl.). — P. 85-90.
  7. Colvée, P. [Essay on a new olive disease, produced by a new species of the genus Aspidiotus.] Ensayo sobre una nueva enfermedad del olivo, producida por una nueva especie del genero Aspidiotus (исп.) // Gaceta Agrícola del Ministerio de Fomento : Журнал. — 1880. — Vol. 14. — P. 21-41.
  8. McConnell, Harold S. A classification of the coccid family Aclerdidae (Coccoidea, Homoptera) (англ.) // Bulletin of the Maryland Agriculture Experiment Station : Журнал. — College Park, Maryland: Agricultural Experiment Station, Dept. of Entomology, 1954. — Vol. A75. — P. 1-121.
license
cc-by-sa-3.0
copyright
Авторы и редакторы Википедии

Фиолетовая щитовка: Brief Summary ( Russian )

provided by wikipedia русскую Википедию

Фиолетовая щитовка (лат. Parlatoria oleae) — вид полужесткокрылых насекомых-кокцид рода Parlatoria из семейства щитовки (Diaspididae). Серьёзный вредитель многих косточковых и семячковых культур.

license
cc-by-sa-3.0
copyright
Авторы и редакторы Википедии