Kinetoplastidlər (lat. Kinetoplastea) — İbtidailərin Protomonadida üst tipinə daxil olan dəstədir.
Bədən forması müxtəlif cür: ovalvarı, yumurtaşəkilli, silindrik və uzunsov olur. Qamçısı çox vaxt bir, bəzi hallarda isə iki olur. Dəstənin səciyyəvi cəhəti – qamçı ilə bağlı orqanoidin – kinetoplastın olmasıdır. Bəzi formalarda qamçı bədənin uzunluğu boyunca keçərək səthlə bitişir və undulyasiyaedici membran əmələ gətirir. Dəstənin az bir qismi sərbəst yaşayır. Əksəriyyəti isə onurğasız və onurğalı heyvanlarda, eləcə də bitkilərdə parazitlik edir.[1]
Kinetoplastidlər (lat. Kinetoplastea) — İbtidailərin Protomonadida üst tipinə daxil olan dəstədir.