dcsimg

Çəkikimilər fəsiləsi ( Azerbaijani )

provided by wikipedia AZ

Çəkikimilər (Cyprinidae) — Çəkiyəbənzərlər (Cypriniformes) dəstəsinə aid balıq fəsiləsidir. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270 – dən artıq cinsi, 1800 - ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30 –dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır. Bu cisim udlaq dişlərilə birlikdə qidanın əzişdirilməsində iştirak edir. Üzmə qovuğu bədən boşluğunda sərbəst yerləşir. Qovuq iki hissədən ibarət olur, bəzən isə çılğaq olur. Veber cihazı vardır. Ağzın kənarlarında bığlar vardırsa, onların sayı 2 cütdən artıq olmur.[1]

Həmçinin bax

Xəzər külməsi

Xarici keçidlər

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 88.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 47.
  • Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 216.
  • M.M.Seyid-Rzayev. Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioloji xüsusiyyətləri."Elm", Bakı-2017, 284 səh

İstinadlar

  1. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh56.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çəkikimilər fəsiləsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çəkikimilər (Cyprinidae) — Çəkiyəbənzərlər (Cypriniformes) dəstəsinə aid balıq fəsiləsidir. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270 – dən artıq cinsi, 1800 - ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30 –dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır. Bu cisim udlaq dişlərilə birlikdə qidanın əzişdirilməsində iştirak edir. Üzmə qovuğu bədən boşluğunda sərbəst yerləşir. Qovuq iki hissədən ibarət olur, bəzən isə çılğaq olur. Veber cihazı vardır. Ağzın kənarlarında bığlar vardırsa, onların sayı 2 cütdən artıq olmur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ