dcsimg

Okinava tritonu ( Azerbaijani )

provided by wikipedia AZ

Okinava[2] (lat. Cynops ensicauda) — Şərqiasiya tritonları cinsinə aid ən nəhəng[3] triton növüdür.

Okinava tritonu olduqca kiçik areala malikdir. Onlar əsasən Yaponiyanın Ryukyu adalarında yayılmışdır[4]

Klassifikasiya komisiyasının qərarına görə bu növ tükənmə təhlükəsində qarşısındadır[5]

Görünüşü

Okinava tritonunu asanlıqla Cırtdan triton cynops orientalis və alov boğaz tritonla səhv salmaq olar. Onların boğaz nahiyəsi parlaq-narıncı rəngdədir. Bu parlaqlıq onların zəhərli olmaları kimi maskalanmağa xidmət edir.

Əsas fərqlilikləri: Okinava tritonları ölçü baxımından iri olumaları və geniş kəlləyə malik olmalarıdır.

Üstəlik bu növün nümayəndərinin quyruqları ensiz və uzun olmaları ilə seçilir. Pəncələrindəki yastıqcıqlar narıncı rəngdə olurlar[6]

Okinava tritonunun uzunluğu 11-14 sm arasında dəyişir. Erkəklərin uzunluğu 12,7 sm, dişilərin isə 18 sm təşkil edir. Onlar təbii şəkildə 20 il yaşaya bilirlər.

Dişilərin quyru bədənlərindən uzun olur. Erkəklərdə isə bu hal müşahidə edilmir. Dişilərdə koalaka çütləşmə zamanı genişlənir.

Rəngləri tüng-qəhvəyi olsada, qara rəngdə olanlara rast gəlinir[6]

Boğaz nahiyəsində narıncı rəngin üzərində qara nöqtələr vardır.

Bu növü yerlilər bəzən «qılınc triton» adlandırırlar. Səbəb onıarın uzun quyruğa malik olmasından irəli gəlir. Cynops ensicauda ensicauda yarımnövündə çütləşmə zamanı boğaz nahiyəsində parlaq xətt əmələ gəlir. Cynops ensicauda popei yarımnövündə isə bu cür xüsusiyyət yoxdur[7]

Həyat tərzi

Çütləşmə dövrü martdan iyul ayına qədər davam edir, digər məlumatda isə noyabrdan iyuna qədər davam etməsi bildirilir. Çütləşmə zamanı onlar bataqlıqlara və düyü tarlalarına üz tuturlar. Qoyulmuş yumurtalar bir nüddətdən sonra suda sərbət hərəkət edə bilirlər. Onların sağ qalması olduqca cətinliklə baş verir. Belə ki, ilanlar, əqrəblər və digər triton növləri onların yumurta və kiçik balalarını yeyirlər. Aralarında Kannibalizm yayılmışdır. İqlim dəyişikliləri onların həyatına böyük zərbə vurur. Belə ki, yağıntılar düşmədikcə oların həyatına təhlükə yaranır.

Okinava tritonu əsasən cücülər, kiçik xərçəngkimilər, yağış qurdları və ilbizlərlə üidalanır.

Klassifikasiya

Hazırda okinava tritonları iki yarımnövə bölünür:

Sinonimləri

  • Molge pyrrhogaster var. ensicauda Boulenger, 1887
  • Molge pyrrhogastra var. ensicaudatus Okada, 1891
  • Molge pyrrhogaster ensicauda Brown, 1902
  • Diemictylus ensicauda Stejneger, 1907
  • Triturus ensicaudus Dunn, 1918
  • Triton pyrrhogaster subsp. ensicauda Wolterstorff, 1925
  • Triton (Cynops) pyrrhogaster Wolterstorff, 1927
  • Cynops ensicauda Wolterstorff & Herre, 1935
  • Triturus ensicauda Sato, 1943
  • Triturus ensicaudus popei Inger, 1947
  • Triturus ensicaudus ensicaudus Inger, 1947
  • Triturus pyrrhogaster ensicaudus Kawamura, 1950
  • Triturus (Cynops) pyrrhogaster ensicaudus Nakamura & Ueno, 1963
  • Cynops pyrrhogaster popei Brame, 1967
  • Cynops ensicauda ensicauda Thorn, 1968

İstinadıar

  1. Amphibian Species of the World 6.0, an Online Reference: Cynops ensicauda (Hallowell, 1861)
  2. Ананьева Н. Б., Боркин Л. Я., Даревский И. С., Орлов Н. Л. Пятиязычный словарь названий животных. Амфибии и рептилии. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1988. — С. 31. — 10 500 экз. — ISBN 5-200-00232-X.
  3. Cynops ensicauda (ing.)
  4. Okinava tritonunun Arealı (ing.)]
  5. IUCN Red List of Threatened Species
  6. 6,0 6,1 Növün görünüşü (ing.)
  7. Cynops (ing.)

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Okinava tritonu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Okinava (lat. Cynops ensicauda) — Şərqiasiya tritonları cinsinə aid ən nəhəng triton növüdür.

Okinava tritonu olduqca kiçik areala malikdir. Onlar əsasən Yaponiyanın Ryukyu adalarında yayılmışdır

Klassifikasiya komisiyasının qərarına görə bu növ tükənmə təhlükəsində qarşısındadır

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ