dcsimg

Söyüd ( Azerbaijani )

provided by wikipedia AZ

Söyüd (lat. Salix) — söyüdkimilər fəsiləsinə aid bitki cinsi.

Qışda yarpağını tökən, iki evli bitkidir. İri ölçülü ağaclar və ya xırda kollardır. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Söyüd cinsinin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı һalında tapılmış nümunələri üçüncü dövrə aiddir. Tez böyüyən, dekorativ bitki olmaqla geniş areala malikdirlər.

Növləri

Ağacvari söyüd — S. arbuscula.

Əsas məqalə: Ağacvari söyüd

Cırtdan boylu (30 sm) yerə sərilmiş, qollu-budaqlı koldur. Budaqları qırmızımtıl-qonur rənglidir, çılpaqdır. Tumurcuqları sivri, xırda, qırmızımtıl-sarıdır. Yarpaqları qısasaplaqlı ellipsvari, uzunsov, tərsinəyumurtavari və ya lansetvaridir. Qaidə һissədən və ucdan daralmışdır, orta һissədən enlidir, kənarları xırda mişardişlidir, üstdən tünd yaşıl altdan açıq yaşıl, yeni açılanda tükcüklü olur, orta damarı sarıdır. Yarpaq açdıqda və ya bir qədər gec çiçəkləyir. Erkəkcik çiçəkləri oturaqdır, uzunluğu 2,5 sm-ə çatır. Dişiçik sırğaları qısa olub, silindirvaridir, saplağı uzundur, 5 sm-ə qədərdir. İyun ayında çiçəkləyir, çiçəyi nektarlıdır. Skandinaviyada, orta Avropada, Qafqazda və Azərbaycanda bitir. Quba sahəsində Subalp və Alp qurşaqlarında çaylarda bitir. İlk dəfə İsveçrədən təsvir olunub.

Keçi söyüdü – S.caprea

Əsas məqalə: Keçi söyüdü

Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir. Yarpaq açmazdan qabaq çiçəkləyir, ikievlidir. Dişicik çiçəkləri bozumtul-yaşıl və solğundur. Erkəkcik çiçəklərin sırğası iridir, dəyirmi-silindrvaridir, parlaq-sarı rənglidir. Çiçək açarkən keçi söyüdü çox dekorativ görkəm alır. Çiçəkləri nektarlıdır, qabığında 21%-ə qədər aşı maddəsi vardır. Avropa və Asiyanın meşəli rayonlarında geniş arealda yayılmışdır. Azərbaycanın bütün meşəli rayonlarında, yuxarı dağ meşə qurşaqlarında bitir. Bəzən yaşıllaşdırmada isitifadə olunur. Şaxtaya davamlı, torpağa az tələbkar bitkidir. İlk dəfə Avropada təsvir olunub.

Ağçubuq söyüd – S. triandra

Əsas məqalə: Ağçubuq söyüd

Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir.

Digər növləri

İstinadlar

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Söyüd: Brief Summary ( Azerbaijani )