dcsimg

Yasəmən ( Azerbaijani )

provided by wikipedia AZ

Yasəmən (lat. Syringa) — dalamazçiçəklilər sırasının zeytunkimilər fəsiləsinə aid bitki cinsi.

Təbii yayılması

Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir.

Botaniki təsviri

Ekologiyası

Azərbaycanda yayılması

İstifadəsi

Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir.

Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz edir. Həddindən artıq qəbul etsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızılgül və sirkə onu tarazlaşdırır.

Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq edilir, güllərinin cövhəri isə kosmetikada istifadə olunur.

Müasir elmi təbabətdə yasəmənin geniş istifadəsi öz yerini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində keton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumeriya və kosmetikada istifadə edilir.[1]

İstinadlar

Vikianbarda Yasəmən ilə əlaqəli mediafayllar var.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yasəmən: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yasəmən (lat. Syringa) — dalamazçiçəklilər sırasının zeytunkimilər fəsiləsinə aid bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ